Page 108 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 108
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

– O, çürük meyvәlәr üçün deyilib, bizim meyvәlәr çürümәk bilmәz.
Hacını söhbәtә qızışdırmaq lazım idi. Bunu hamısı bilirdi, odur ki,
Mәlik onu yavaş-yavaş “suya çәkmәk” istәyirdi.
– Vay o meyvәçinin halına ki, meyvәlәri köhnәlmiş ola, sözlәri boyat
ola.
– Söz var ki, xoruz sәsi eşitmәmişdir. Söz var ki, çeynәnmişdir. Söz
gövhәrdir.
– İndi dә o qәdәr söz satan var ki.
– O söz satanlara baxma. Beşgünlükdür.
Mitingivay elәdilәr, qәtnamә çıxarıldı, qurtardı, – deyә Kәrbәlayı Nә-
cәf әlavә etdi vә sәsini aşağı salıb:
– Deyirlәr ki, bu gün bir böyük iclas qurublar vә xәbәr veriblәr ki,
sabah mәhәllәdә yenә mitinq olsun. – Mәlik bunu eşitcәk, Hacıya baxıb,
108 sonra ahәstәcә:
– Eşitmisәnmi, – deyә sordu vә cavab gözlәmәyәrәk dedi ki, – bu gün
әsgәrlәri firqәlәrin qabağına yığmışdılar. Deyirlәr ki, balkondan bir nәfәr
danışıb, nә deyibsә, bilmirәm.
Burada xarrat Bağır öskürüb dedi:
– Kim bilir, gәrәk içlәrindә olasan, bilәsәn.
– Sabahkı qәtnamәdәn anlaşılar. Hә... hә... hә...
– Olar. Qәtnamәsiz “onların” ibadәti batildir...
Kәrbәlayı Nәcәf davam etmәyib:
– Yaxşı, әsgәrlәrә nә söz demiş olsunlar, bu maraqlıdır.
– Heç, küçәdә elә bir söz ola bilmәz, sәn deyәn olmaz, o tәbrikdir, bu,
elә hәr bir torpaqda var, hәr bir dövlәtdә var. İstanbulda salamlıq olar...
Әsgәrlәr hazır olar. Gәl onda büsatı gör, – bu sözlәri deyәrәk Hacı fikrә
getdi vә bir azdan sonra:
– Bizim padşahlarda ancaq Osmanlının qoşunu, kişilәrdә qeyrәt var, –
dedi vә bir-bir müsahiblәrinin üzünә baxdı.
– Bәs İran necә, Hacı, deyirlәr ki, düzәlibdir?
– Hәr bir mәmlәkәtә, hәr bir dövlәtә iki şey lazımdır. Biri ağıllı vәzir,
biri dә qeyrәtli qoşun. Mәn bunu demişәm, yenә deyirәm. İranda çoxdan
bәri ağıllı vәzir yox idi. İndi İran onu tapmışdır. Görәk, indi bu ağıllı vәzir
qoşun düzәldә bilәr, ya yox, hәlә ki, bir şey yoxdur...
– İnşallah ki, düzәldәr...
– Onda bizim padşahların qabağına duran olmaz. Çünki qalır Әfqan –
o barәdә xatircәm ol.
Hacının müsahiblәri “bizim padşahlarımız” dedikdә, onun hansı
padşahları nәzәrdә tutduğunu yaxşı bilirlәr. Onun fıkrincә, bütün islamların
   103   104   105   106   107   108   109   110   111   112   113