Page 113 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 113
Cÿfÿr Cabbarlû

Firuzә

O, gözәl, girdәsifәt gәnc bir qızdı; şәrqli qızlara mәxsus qara, 113
dәrin, atәşli gözlәri, qәlәmlә çәkilmiş kimi qara qaşları, incә
dodaqları vardı.
Doğrusu, bu qız mәni çox maraqlandırırdı. Onun daima daxili bir
hәyәcan keçirdiyini hiss edirdim. Dosent-prorektor vәzifәsindә olduğumdan,
onun bu düşüncә vә dalğınlığının sәbәbini soruşub öyrәnә bilmirdim.
Firuzә son kursda idi. Amma bu dörd ildә onun kim olduğunu öyrәnә
bilmәmişdim. Bir gün mәni qalereyada saxlayaraq, rәngdәn-rәngә girәn üzü,
xәfif-xәfif әsәn incә dodaqları vә şirin dili ilә:
– Bağışlayın, doktor, sizdәn bir ricam var, – deyәrkәn, mәn çox tәәccüb
etdim. – Mәn bütün bu praktiki işlәrә davam edirәm, qızdırma ilә mübarizә
aparmaq üçün rayonda olmuşam. Mәn sizdәn rica etmәk istәyirәm, әgәr
mümkünsә...
O, öz fikrini ifadә edә bilmәdi, dili dolaşdı, qızardı. Mәn bilaixtiyar
gülümsәdim.
– De görüm, Firuzә, utanma, de görüm, nә istәyirsәn? – deyә soruşdum.
O, yenә gözünü açdı, diqqәtlә mәnә baxdı vә yavaşca:
– Doktor, mәn sizinlә bir yerdә işlәmәk istәyirәm. Xәstәlәrә baxarkәn
yanınızda olmaq istәyirәm, sizdәn öyrәnmәk istәyirәm, vaxt taparam, vaxt
taparam, – dedi.
Ertәsi gün müәyyәn saatda ağ xalatda gәldi: Qәbuldan sonra Firuzә
kabineti nizama salırdı vә laboratoriyada qan analizi üzәrindә çalışırdı.
Qapının zәngi çalındı, gedib açdım. Qarşımda ucaboylu, uzun qızıl
әsgәr şinelli bir kişi dururdu. Çox hәyәcanlı vә rahatsız görünürdü. O, içәri
girdi. Diqqәtlә baxdım, çox çәtinliklә tanıdım. Gәlәn neft işçisi idi. Bir neçә
il bundan әvvәl mәn onu qızdırma xәstәliyindәn müalicә edirdim, hәtta
xәstәlәri qәbul saatlarından kәnar qәbul etmәdiyim üçün, haqqımda qәzetә
mәktub da yazmışdı.
Çox sәliqә ilә görüşdü vә tәklif üzrә oturduqdan sonra xәfifcә
gülümsәyәrәk:
– Mәni tanımırsınız, doktor? – dedi, – vaxtilә mәn sizi qәzetә
vurmuşdum, – sonra xoş bir tәbәssümlә: – Sizdәn yardım almağa gәlmişәm, –
deyә әlavә etdi.
– Siz yenә xәstәsinizmi? – deyә soruşdum.
– Yox, doktor, mәn azmışam.
   108   109   110   111   112   113   114   115   116   117   118