Page 116 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 116
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Firuzә oxuyurdu:

Әzizim, bir Qorxmaz adlı qәhrәman
Qara qan çәkәrdi yerin qatından;
Torpağın bağrını vurub dәlәrdi,
Çılğın tәbiәtә qalib gәlәrdi.

Mәn ona yanaşdım vә xәstәliyinә şübhә etdiyimi sezdirmәmәk üçün
gülümsәyәrәk:

– Hә, atanız sonra necә oldu? O, indi sağdırmı? – deyә soruşdum.
– Yox... O... Onu hissiz bir halda çәkib çıxartdılar. Mәn ona tәrәf
yüyürdüm. Gözlәri açıqdı, amma üzü, xüsusәn dodaqları gömgöy, dәniz
kimi idi. Ağa kәdәrli bir әda ilә: – Öldü, – dedi. Birdәn quyu guruldadı, qara
neft quyudan şiddәtlә fontan vurub, çarxı havaya sovurdu. – Ay can! – deyә
116 ağa sevinәrәk, meyitdәn uzaqlaşdı. Mәni işçilәr kәnara çәkdilәr. Tez qoyun
kәsdilәr. Ağa әmrlәr vermәyә başladı. Mәn isә neft sellәri altında yatan
atamın yanına can atırdım. İşçilәr mane olurdular. Nәhayәt, ağanın әmri ilә
işçilәr atamın ayaqlarından yapışıb kәnara sürüdülәr. Meyiti köhnә bir
arabaya qoyub, üstünü cır-cındırla örtdülәr vә şәhәrin kәnarı ilә evimizә
gәtirdilәr.
Nәbzini yoxlarkәn, mәqsәdimi anlayan Mәmmәd birdәn sözünü
kәsәrәk:
– Doktor, әbәs yerә zәhmәt çәkirsiniz. Mәn qәtiyyәn xәstә deyilәm, –
dedi, – mәn xәstә deyilәm, ağlım da özümdәdir. Görürsünüz ki, hәr şey
yadımdadır, qapımızdan bir rus qadını keçirdi, әlindә bir dәstә çiçәk vardı.
O, bu çiçәklәri qәbiristana aparırdı. Onun qarşısına yüyürdüm. – Çiçәyin
birini mәnә ver, – dedim. Qadın mәnә baxdı vә iki çiçәk verdi. O çiçәklәri
alıb qәbiristana yüyürdüm vә atamın qәbri üstünә qoydum. Sonra yaş torpaq
üzәrindә uzanaraq, kiçik üzümü qәbrә dayadım. Soyuq torpağı isti göz
yaşlarımla isladaraq, uzun-uzadı ağladım. Payız axşamının külәyi
sümüklәrimә işlәyirdi. Bütün bәdәnim titrәyirdi. Bundan sonra xәstәlәndim
vә üç ay yatdım. Doktor, bәlkә, mәn sizә mane oluram! – dedi.
– Yox, әksinә, mәn sizin söhbәtinizdәn çox maraqlanıram, – deyә tez
cavab verdim.
– Mәn azmışam, daxmamızı vә bütün rayonumuzu itirmişәm. Qapıda
sizin adınızı oxuyub, vaxtilә müalicә etdirdiyim köhnә bir dost kimi bәzi
şeylәr öyrәnmәk üçün yanınıza gәldim.
– Axı necә oldu ki, belә sağlam vә qüvvәtli bir adam olduğunuz halda,
birdәn adınızı vә evinizin yerini itirdiniz?
   111   112   113   114   115   116   117   118   119   120   121