Page 119 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 119
fÿr Cabbarlû

işlәyәn, özünü zәhәrli qazların, ölümün qara ağzına atan işçi, indi öz bacarıq 119
vә talantını göstәrmәyә imkan tapmış, indi ixtiraçı olmuş, Amerikaya
getmişdir.

– Arvadınızı da tapmadınız?
– Yox, arvadım vә balaca bacım haqqında kimsә bir şey bilmir.
Arvadımın sağlığı haqqında yazmışdılar. Bacım isә, yәqin ki, acından mәhv
olub getmişdir...
– Siz indi tәlәbәsinizmi?
– Bitirmişәm. Mәn mühәndisәm, maşın inşaatı mühәndisi.
Qapı döyüldü.
– Girin, – dedim. Müsahibim papiros çәkmәyә hazırlaşaraq,
portsiqarını әlindә tutmuşdu. Qapı açıldı. Firuzә ağ, tәmiz doktor xalatında
içәriyә girdi.
– Alәtlәri şkafa qoyub bağladım. Gedirәm. Bu gün Aslan konserva-
toriyada çıxış edәcәk. Mәnim üçün bilet gәtirmişdir. İndi Züleyxa da,
Balaxanım xala da gәlәcәk.
Müsahibim Firuzәyә çox diqqәtlә baxırdı. Lakin o, hәlә qızın yalnız
arxasını görürdü. Buna baxmayaraq, Mәmmәd onu görmәk vә sәsini
eşitmәk üçün sehrkar bir qüvvә ilә yerindәn qalxır vә boylanırdı. O, pa-
pirosu әlindәn saldı vә әyilib götürmәk istәrkәn belә, Firuzәdәn gözlәrini
ayıra bilmәdiyi üçün әlindәki papirosları da dağıtdı.
Züleyxa vә Balaxanım adını eşidәr-eşitmәz papirosları yerә qoyub
dikәldi. Mәn ona diqqәt edirdim. Mәnә baxıb Firuzә dә döndü vә mәnim
baxdığım cәhәtә baxdı. Müsahibim indi onu tamamilә görürdü. O,
anlaşılmaz bir duyğu ilә titrәyirdi. Döş qәfәsi hava ilә dolu olduğu halda,
nәfәs belә çәkmirdi. Kişilәrә qarşı hәmişә laqeyd olan Firuzә, nәdәnsә ona
tәrәf döndü. Mәn onun da hәyәcanlar keçirdiyini hiss etdim. Mәmmәd sözә
başlarkәn, mәn onun üzünü görmürdüm. Gözüm Firuzәdә idi. Mәn yalnız
Mәmmәdin yumşaq vә hәyәcandan titrәyәn sәsini eşitdim. O, yalnız bir söz
deyә bildi:
– Firuzә!
Ona baxarkәn, mәnә elә gәldi ki, bu saat Firuzәnin üzәrinә atılacaq,
onu qucaqlayacaq vә öpәcәk. Bu hal mәnә çox qәribә gәldi, çünki Firuzә
dә buna mail idi. Qız cәld mәnә baxdı. Qara gözlәrindә qığılcım parlayırdı.
Firuzә heç dә onu qucaqlamaq istәyәn bir gәnc mühәndisdәn uzaqlaşmaq
fikrindә deyildi. Gәnc mühәndis onu qucaqlamaq üçün bir addım irәlilәdi,
lakin sonra, nәdәnsә, dayandı; rәngi qaçdı, od kimi yanan al yanaqları
getdikcә ağarmağa başladı. Yanan gözlәrinin parıltısı yox oldu, gözlәri
   114   115   116   117   118   119   120   121   122   123   124