Page 118 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 118
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Bu kişi vaxtilә mәni qara neft selindәn kәnara çәkәn vә atamın meyitini
evimizә gәtirәn işçi idi. Mәnim işsiz olduğumu bilib dedi:

– Oğlum, mәn indi Azәrneftdә buruq ustasıyam. Әgәr işlәmәk
istәyirsәn, sәni dә özümlә aparım, bizә indi işçi çox lazımdır.

Mәn işә girdim vә eyni zamanda fabzavuçda oxumağa başladım.
Usta Sәmәd öz kiçik qızı vә qoca arvadı ilә bizim küçәyә köçdü. Qızı
qaraqaş, qaragöz, mәnim nәzәrimdә gözәl bir qızdı. Әli Bayramov klubunda
işlәyir vә orada oxuyurdu. Biz dostlaşdıq. Mәn onu sevdim, o mәni. Usta
Sәmәd çox yaxşı kişi idi. Mәn onun әlaltısı idim. Buna baxmayaraq, o, razı
oldu. Pul toplayıb, güclә iki dәst paltar aldım vә anamın yeganә qaşlı qızıl
üzüyünü dә üstünә qoyub evlәndim. Bir neçә aydan sonra mәni oxumağa
göndәrdilәr. Mәn bir çox şәhәrlәri, Moskvanı vә Leninqradı gәzib, sonra
könüllü olaraq Uzaq Şәrq Ordusuna yazıldım. Bundan sonra daha onu bir
dә görmәdim. Bәli, doktor, o, mәni sevirdi, mәn dә onu. Bir müddәt
118 mәktublaşdıq, bir-birimizә aşiqanә sözlәr yazdıq, amma birdәn onun
mәktubu kәsildi. Sәbәbini bilmәdim vә belәliklә, onunla әlaqәm kәsildi.
Ancaq bu yaxınlarda bir yoldaşım mәnә yazmışdı ki, onu görüb, o sağdır
vә burada bir doktorla yaşayır. Bilirәm, onu yoxsulluq vadar edib, o, mәni
sәmimi olaraq ürәkdәn sevirdi... Kömәksiz arvad mәnsiz nә edә bilәrdi?
– Çay gәtirsinlәr, – deyә zәngi basdım.
Zәngin sәsinә kimsә gәlmәdi.
Qonşu otaqdan Firuzәnin sәsi eşidildi:
– Heç kәs yoxdur, doktor, bu gün Maşanın istirahәt günüdür.
Mәmmәd birdәn yerindәn sıçradı, bir şey xatırladı vә heç bir şey
soruşmadan oturdu.
– Әgәr siz öz evinizi itirmişsinizsә, qayınatanızı, usta Sәmәdi tapa
bilәrsiniz, – deyә söhbәti tәzәlәmәk üçün ona müraciәt etdim.
– Onun yanına mәdәnlәrә getmişdim, buruqlarda axtardım, soruşdum.
İndi mәdәnlәr әvvәlki kimi deyil, 28-ci ilә nisbәtәn belә dәyişmişdir. Neftә
bulaşmış adamlara çox çәtin rast gәlmәk olur. Hamı tәrtәmiz geyinib, elә
bil ki, toya gedәcәkdir. Bir kranı vә ya vinti burmaqla kompressorların vә
ya motorların işini nizama salırlar. Köhnә, tozlu yollar, arabalar vә droklar
da yox olmuşdur. Hәr yerdә parlaq asfalt vә sürәtlә yürüyәn maşınlar!
Demәk olar ki, bütün mәdәnlәrә tramvay vә dar dәmiryol xәtti çәkilmişdir.
– Demәk, usta Sәmәdi tapmadınız? – deyә sәbirsizliklә soruşdum.
– Yox tapmadım. Dedilәr ki, o, indi böyük bir ixtiraçıdır. Bir neçә
ixtirası var, indi onu Amerikaya göndәrmişlәr ki, gedib oradakı neft sәnayesi
ilә tanış olsun. Bu xәbәr mәni, әlbәttә, sevindirdi. Düşündüm ki, bir parça
çörәk üçün özü qazdığı quyuya girәrәk, ağanın şillә vә yumruğu altında
   113   114   115   116   117   118   119   120   121   122   123