Page 114 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 114
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

– Necә yәni azmışam?
– Evimizi itirmişәm.
Mәn diqqәtlә ona baxdım, xәstә olduğuna heç şübhәm yoxdu. Onu
müayinәyә cәsarәt etmirdim, çünki özü bunu tәklif etmirdi. Üzündә bir
hәyәcan vardı.
– Çox qәribәdir, doktor, evimizi itirmişәm.
“Bәlkә, beyninin bir hissәsi zәdәlәnmişdir?” – deyә düşündüm vә eyni
zamanda:
– Evinizin yerini unutmuşsunuz? – deyә soruşdum.
– Yox, – deyә Mәmmәd tez cavab verdi. – Mәn 20 il, yәni anadan olan-
dan Bakıda yaşamışam. Bakının hәr bir küçәsinә, hәr bir döngәsinә hәr bir
dalanına bәlәdәm. Çox yaxşı yadımdadır: Çәnbәrәkәnddә, әyri-üyrü küçәlәr
vә xarabalıqlar arasında bir otaqdan ibarәt kiçik bir evimiz vardı. Evimizin
114 damı dal tәrәfdәn әyri bir döngә ilә bәrabәrdә idi, bu döngә hәmişә peyinlә
dolu olardı. Evimizdәn iki yüz addım o yanda böyük, köhnә bir qәbiristan
vardı. – O, hәyәcanla danışırdı, getdikcә daha da coşur vә uşaqlıq
xatirәlәrinә dalırdı. – Mәn o zaman uşaqdım. Yaxşı yadımdadır, bir suçumuz
vardı. Bir eşşәkdә, dörd sәhәnglә bizә su daşıyırdı. Yaxşıca yadımdadır ki,
bir gün anam yüklәrin hesabına saxlamaq üçün ona pәtә verdikdә, o, anamın
әlini tutdu, anam o vaxt hәlә gәncdi, suçu anamın әlini xeyli saxladı; anam
nәdәnsә, gözlәrini qaldırıb ona baxdı vә mәni göstәrdi. Yadımdadır, böyük,
köhnә qәbiristanın o biri tәrәfi boş bir çöl idi, orada Şah Abbasın ovdanı
vardı. Yağış suyu bu ovdana axırdı. Pillә ilә oraya düşür, su içirdilәr, әl-üz,
bәlkә, ayaq da yuyurdular. Atam isә bir neçә pud arpa mәhsulu almaq üçün
qoca yabı ilә xışın ucundan yapışıb yer sürürdü. O, kankan idi, amma
acından ölmәmәk üçün arpa әkirdi.
Laboratoriyadan Firuzәnin sәsi eşidildi. O, xoş bir sәslә, adәti üzrә,
qәdim bir Azәrbaycan mahnısı oxuyurdu:

Qızıl toplayardı yerin qatından,
Әzizim qazmaçı, böyük qәhrәman.
Qara qan çәkәrdi yerin qatından
Torpağın bağrını burub dәlәrdi;
Çılğın tәbiәtә qalib gәlәrdi.

– Oxuyan kimdir? – deyә o, birdәn soruşdu vә gözlәrini mәnә dikdi.
Fikrini dağıtmaq üçün laqeyd bir halda:

– Qızımdır, – deyә cavab verdim.
   109   110   111   112   113   114   115   116   117   118   119