Page 335 - Sela
P. 335
İki ölü üçün mazurka

Pedro de Dadindә görmüşәm, Kobas qayalarıyla Valduide
sәmtә gedirdi.

– Yaxşı.
Kor olmağa başlayanda Qaudensionu seminariyadan
atdılar, aydın mәsәlәdi, әlavә yük kimin nәyinә lazımdı,
gövdәsinә yapışan balıqqulağı gәminin nәyinә gәrәkdi?
– Arxı tullanmamış bәrәkallah demә! O tullanıb? Yox?
Qoy rәdd olsun! Seminariya әlillәr evi deyil, kilsә gәmisini
boş-boş şeylәrlә yüklәmәk lazım deyil.
– Elәdi, don Ximeno.
Don Ximeno Orensedәki San Fernando ruhani semina-
riyasının prefekti idi, don Ximeno amansızlığıyla mәşhur
idi, hәm dә sarımsaq qoxuyurdu, adәtәn, latın sözlәri
işlәdirdi, don Ximeno latın dilinin qızğın tәrәfdarı idi, don
Ximenosun xoşuna, әsasәn, Foma Akvinskinin “Summa
contra gentiles” әsәrindәki1 doktrinası gәlirdi, onun fikrincә,
orta әsrlәrin bütün müdrikliyi burada cәmlәnib, indi iblisanә
vә qadına qarşı düşmәnçilik tәmayüllәri, masonların vә
pederastların mülahizәlәri dәbdәdi, kor Qaudensionun
bәxti gәtirib, doğrusu, şikayәtlәnmәyә bir şey yoxdu, ancaq
şikayәtlәnә bilәrdi. Allah Parroçanın evinә sığınmağı
bağışlamazdı, әvәzindә akkordeon çalmağı verib, senyora
Pura yaxşı qadındı, Allahın ehkamlarına arxa çevirib, amma
yaxşı qadındı.
– O, küçәdә qalmayacaq, çoxmu adam akkordeon
çalmağı bilir? Qoy çalsın, adamın ürәyi açılır.
Anunsiya Sabadelye, Marta Portuqaliyalıdan xeyli
zәrifdi, ikisi dә kor Qaudensionu sevir, qadınlar korlara
qarşı daha mehribandılar, “Mendes” fotostudiyasının sahibi
gәnc Parroçanın manilyaya bürünmüş vәziyyәtә onlarla
şәklini çәkib, heyif ki, Qaudensio onları görә bilmir, korlar

1 Hamılıqla bütpərəstliyə qarşı – katolik filosofu və ilahiyyatçısı Foma Akvinskinin
(1225–1274) əsəri

335
   330   331   332   333   334   335   336   337   338   339   340