Page 337 - Sela
P. 337
İki ölü üçün mazurka
– O da qeyd kitabçası gәzdirәn don Xesus Mansanedo
kimi nacins idi?
– İkisi dә bir-birindәn geri qalmaz.
Lasaro Kodesalı Mәrakeşdә böyümәyinә imkan
vermәdәn öldürdülәr, ölüm hәrdәn çox canfәşanlıq elәyir
vә tәlәsir; Lasaro Kodesalı Rif müharibәsindә mavr öldürdü,
qurğuşun nә mavr, nә xristian tanıyır, qurğuşun qәddar
vә kordu; demәk olar, bütün korlar yaxşı akkordeon çalır;
Lasaro Kodesalı öldürәndә dağın sәfi pozuldu, indi nә
canavar, nә bayquş, hәtta qartal belә onu görmәyәcәk,
Lasaro Kodesalın sarıya çalan saçları varıydı, mavi gözlәri
firuzә kimi sehrliydi, heyif ki, әclaf mavr onu vurdu, hәmin
mavrın kimliyini heç kim bilmir.
– Qәhvә istәyirsәn?
– Yox, yuxumu dağıdar.
Robin Lebosan yazdığına qayıtdı, o, bütöv abzasları
әzbәrdәn bilirdi, hәtta pozduqları da yadındaydı, Lasaro
Kodesal bu gerçәk hekayәtdә ilk meyit idi, onun lap
әvvәlindә deyilir: “Robustiano Tarulyo Mәrakeşdә, Beni
Ulixeq cәbhәsindә ölmüşdü, onu çox ehtimal mavr – Beni
Urriaqelli kabil öldürmüşdü; Robustiano Tarulyo qızları
korlamağı xoşlayırdı, bunu mәharәtlә, sevәrәk elәyirdi”
vә s. vә ilaxır. Sonuncu ölü hәlә sağdı, bu ucu-bucağı
olmayan әhvalatlarda kimsә indicә ölә bilәr, o, әtalәtlә
hәrәkәt elәyәn ölülәr sırasındadı, Lasaro Kodesal Qrovas
Robustiano Tarulyo Qrovas da ola bilәr, olmaya da bilәr,
müharibә çoxdan qurtarıb, bir tәrәfdә xristianlar, bir tәrәfdә
mavrlar, yoxlamaq mümkün deyil, o vaxt xәbәrlәr gecikirdi,
adamlar az qorxurdular vә mәrhәmәtliydilәr, xәstәlik çox
idi, ancaq sәbәbsiz yerә az qan axıdırdılar, artıq başa
düşmüşәm ki, qan әgәr axırsa, bu, kәmiyyәt deyil, nisbәtdi.
Tanis Qamuso öküz kimi güclüdü, bir әliylә qatırı
dayandırar, Tanis Qamusonun itlәri sakit, güclü, qoçaq vә
337