Page 340 - Sela
P. 340
İLO XOSE SELA

Tanis Qamuso, hәr tәrәfindә bir it, daşın üstündә oturub.
Tanis Qamuso sakitcә papirosunu tüstülәdir.

– Nacinsi tülkü kimi xәbәrdarlıq etmәdәn öldürmәk
olar?

Mouço Karrupo dayanıb Bousas bulağından su içmәk
istәyәndә hava işıqlaşmağa başlayır; Tanis Qamuso ona
yaxınlaşır.

– Deyirәm ki, sәni öldürәrәm, buna dәymәsәn dә, sәni
xәbәrdar elәyirәm.

Mouço tapançasını çıxarır, Tanis dәyәnәk zәrbәsiylә
onu tәrksilah elәyir, Mouço diz çökür, ağlayır, yalvarır.
Tanis Qamuso deyir:

– Sәni mәn öldürmürәm, dağların qanunu var, o qanunu
poza bilmәrәm.

Tanis Qamuso geri çәkilir, Sultanla Moritonun çәnәlәri
möhkәmdi, yumuldumu – kifayәtdi.

– Yetәr!
Sultanla Morito meyitdәn aralanıb, sevinclә quyruqlarını
bulayırlar; Fabian Mingela şәrәfsizcәsinә öldü vә tәxminәn
iki saat sonra atılan raket çox yüksәklәrә qalxdı.
Senyorita Ramona gülümsәdi.
– Allaha şükür!
Ürәyi müqәddәs İosifin zanbağı kimi saf olan fahişәxana-
nın akkordeonçusu kor Qaudensio hәmin axşam “Körpә
Marianna” mazurkasını sәhәrә qәdәr ayrı bir lәzzәtlә çaldı.
– Başqasını bilmirsәn?
– Yox.
Kommivoyajör don Kandido Velilya Sançes kor akkorde-
onçudan soruşdu:
– Deyin görüm, onun ölümünә sevinirsiniz?
– Hә. Mәn – hә! Bu nә sualdı?
– Allahın onu cәhәnnәmә göndәrәcәyinә dә sevinirsiniz?
– Hә.

340
   335   336   337   338   339   340   341   342   343   344   345