Page 322 - Sela
P. 322
İLO XOSE SELA

üç keşiş olur, xurma vә qurudulmuş yemiş yeyirlәr, şirin
şey keşişlәrә yaraşır, aktyorlar da şirinsevәndilәr, Baqaneyralı
Polikarpo qurbağaları әhlilәşdirә bilәcәyini deyir, ancaq
mәn şübhә elәyirәm, qurbağaları әhlilәşdirmәk çәtindi,
onlar gic vә tәnbәldilәr; qadınlar sirkә içirdib onları
әhlilәşdirә bilәrlәr, ancaq mәsәlә bundadı ki, qadınlar indi
sırtıq vә şıltaqdılar, Baqaneyralı Polikarpo altdan-altdan
öz bәdbәxtliklәrinә gülür, şirniyyatçı Mendesin arvadı Şirin
Çoninadan çox xoşu gәlir, ancaq qadın onun üzünә dә
baxmır; Fina Ramondanın әri Anton Quntimil Orense
vağzalında yük qatarının altında qalıb parça-parça olmuşdu,
yox, parça-parça olmamışdı, ikiyә bölünmüşdü; Anton
Quntimil pәltәk vә sәfehdi, arvadı hәmişә belә deyirdi.

– Axşam növbәsindә oxuyan seminariya tәlәbәsinin
orası yatsan yuxuna da girmәz, sәninkindәn iki dәfә iridi,
axmağın birisәn, heç utanmırsan?

– Yox, utanmıram, arvad, mәnlik nә var?!
Fransızlar Kleto dayının yenicә aldığı Lourdes xalanı
çiçәk xәstәliyinә yoluxduranda, onu atmışdılar ölsün, özü
dә polyaklar, qaraçılar, mavrlar vә hind-çinlilәrlә ümumi
çalaya tullamışdılar, belә işlәrdә fransızlar özünәmәxsus
hәrәkәt elәyirlәr vә bunu heç dә gizlәtmirlәr.
Senyorita Ramonanın kişilәr sarıdan bәxti gәtirmir,
yәni öz babı olan kişilәr sarıdan, aydın mәsәlәdi, hәddindәn
artıq yuxarıları gözaltı elәyib, nәticәdә dә yanılıb, belә
işlәrdә gәrәk tәvazökar olasan, vaxt arzu vә istәklәrin
әleyhinә işlәyir, senyorita Ramona hәmişә düşünürdü ki,
kimi istәsә seçә bilәr, kimә istәsә әrә gedә bilәr, ancaq
sәhv elәdi vә indi ölümә tәrәf tәnha gedir.
– Tәnha da olsa, şübhәsiz, qız getmir, bakirәliyi vaxtında
itirmәmәk mәnә hәr şeydәn ağır gәlәrdi, iyirmi yaşına
qәdәr qız qalmaq dәhşәtdi, ancaq, doğrusu, bu, heç kimin
başına gәlmir.

322
   317   318   319   320   321   322   323   324   325   326   327