Page 315 - Sela
P. 315
İki ölü üçün mazurka

– Heç vaxt. Deyilәnә görә, ölülәr vaxt keçdikcә lap ölü
olurlar, ancaq mәn inanmıram.

1939-cu il Anım günündә İkinci Dünya müharibәsi
başladı, müqәddәs Karlos günü Anım günündәn bir az
sonradı, hәmin il müqәddәs Karlos günündә senyorita
Ramonanın evindә Robin Lebosanın çağırdığı iyirmi iki
qan qohumu yığışdı: Kasandulfların Raymundosu, heç
kim onun soyadını dilinә gәtirmir, çünki onun tarixçәsi
çox uzun vә çox ağrılıdı, Raymundo söhbәtә çox qarışmır,
kefi yoxdu; dörd nәfәrә dәyәn Qamusonun, yәni bir
yumruğuyla öküzü aşıran Tanis Perelyonun, arvadı
pillәkәndәn yıxılıb ayağını sındırmışdı, yәqin, alma arağından
çox içmişdi; öz mәşhur karalyosu ilә Rokinyo Kreqo, indi
bir az düşüb, ancaq görkәmi әvvәlkindәn elә dә pis deyil;
çoxdandı rәqs elәmәyәn Matias Çufreteyro; saatsaz Xulian
Paxarolo – cib vә qol saatları, zәngli saat, divar vә stolüstü
saatlar düzәldir; әkiz Qamusolar – Selestino Karoçi vә
Seferino Furelo, ancaq ikisi dә keşiş olduğuna görә әkiz
deyirlәr; Benetinyo Lakrau vә Salyustio Mixirikeyro әlil
olduqlarına görә müharibәyә getmәyiblәr, Qamusoların
böyüyü Baldomero Afuto, bildiyiniz kimi, ölüb. Brinidelodan
üç Marvis – Sequndo, Evaristo vә Kamilo – hamısı da
qoçaqdı, әllәrini heç yerdәn tutmadan әn tәrs atları da sürә
bilirlәr; ataları Roke gәlmәyib, artıq qocalıb, Espereloda
portuqaliyalı arvadıyla qalıb; don Kamilo vә topçu Kamilo,
don Kamilonun qulaqları ağrıyır, bәrk ağrıyır, ancaq hamıya
mәlum olduğu kimi susur; vәkil vә mühәndis don Baltasar
vә don Eduardo don Kamilonun qardaşlarıydı; Lusio
Seqade vә onun üç oğlunu – Lusio, Perfekto vә Kamilonu
yola gәtirmәk olmur, heç kimә qulaq asmadan özlәri haqq-
hesabı çürütmәk istәyirlәr; Kleto dayı mikroblardan
qorxduğu üçün әllә görüşmür; ayaqsız Markos Albitenin
arabasını yanlarını basa-basa koridorla Martinili sәfeh

315
   310   311   312   313   314   315   316   317   318   319   320