Page 312 - Sela
P. 312
İLO XOSE SELA

mәn bunu da etmәmişәm, ancaq heç kim deyә bilmәz ki,
dünyanı dolaşmaq lazımdı; qızın isti kaminin qabağında
skamyada oturub ud çalmağı gözәldi, bu qәdim adәtlәr
çoxdan yox olub, itib-batıb, indi hәr şey pis olub, bir dövr
ölür, başqası doğulur, Raymundo; sünbül hәr il doğulub
ölür, ancaq palıd insandan uzunömürlüdü, zibilin içindә
eşәlәnmәk vacib deyil, Raymundo, mәni başa düşürsәn,
güllәni gicgahına sıxmaq yaxşıdı.

Kasandulfların Raymundosu kefsizdi.
– Sәn xaosdan danışırsan, Robin, doğrudu, nә qәdәr ya-
şasaq da xaosun mәhv etdiyi adәtlәrin çoxunu heç vaxt
bәrpa edә bilmәrik; başa düşürsәn, mәn kökümdәn
qoparılmışam, nәsә buna oxşar şeyәm, bәlkә, nahaq yerә
cavan ölmәmişәm? İndikindәn cavan demәk istәyirәm.
İkinizdәn dә mәni bağışlamağınızı xahiş edirәm, mәnә
konyak verәrsәn, Monça?
– Hә, Raymundo, istәyirsәn çalım?
Dәyirman daşlarını fırlada-fırlada, iri çinәdanlı quşları,
quru qurbağaları vә zәhәrli kәrtәnkәlәlәrin qurbanlarını,
hәmçinin ölülәri hürküdәrәk axan Arneqo çayına yağır;
Martinili sәfeh Katuxa Bainte Esbarrado tәpәsindә çıl-
çılpaq fit çalır, döşündәn su damcılayır, saçları elә bil
salxım söyüddü, ovcunda isә sәrçә balası tutub.
– Katuxa, soyuqlayarsan ha, sәtәlcәm olarsan.
– Yox, senyor, soyuq bәdәnimdәn sürüşüb keçir.
Sanki hәr şey әvvәlki kimidi, ancaq buradan yaddaşda
ağrılı iz qoyan qasırğa keçib.
– Bәs ölülәri neylәyәk?
– Üç adi şeyi, әzizim, hәmişә etdiyimiz üç şeyi – üzünü
yuyub dәfn etmәk, dua oxumaq vә onların qisasını almaq.
Qatili cәzasız qoymaq olmaz!
– Doğru deyirsiniz!
Suda boğulan uşaq kimi ağlayan Bermuna çayına,
ondan savayı, daha beş çaya yağır: Valdo Varneyro düzәngahı

312
   307   308   309   310   311   312   313   314   315   316   317