Page 314 - Sela
P. 314
İLO XOSE SELA

Parroçanın evinә gәlәndә heç kimin bundan xәbәri
olmadı, qızların hamısı yatmışdı, onu tez-tez öskürәn bir
polis gәtirmişdi.

– Artıq çatdıq.
– Allah әvәzini versin.
Kor Qaudensio yerinә girib, başını bürüdü ki, tәrlәsin.
– Bu mәnә kömәk elәyәr, yәqin, pis durmuşam, ya nә-
dәnsә havam çatmayıb.
Axşam Qaudensio hәmişәki kimi yenә çalırdı.
– Qaudensio.
– Eşidirәm, don Samuel.
– O gözәl mazurkanı çal, özün bilirsәn, hansını deyirәm.
– Hә, senyor, ancaq bağışlayın, bu gün çala bilmәyәcә-
yәm, doğrusu, heç bilmirәm, nә vaxt çala bilәcәm.
Deyilәnә görә, La Korunyadakı Tonaleyra fahişәxana-
sındakı Basilisa Sәfehin dünyada tayı-bәrabәri yoxdu, ancaq
bu yalandı, bunu heç kim bilәmmәz, Basilisa Sәfeh bezәnә
qәdәr çavuş Antemilә şokolad vә tütün yolladı, Basilisa
Sәfeh serjant Antemilin ölümündәn xәbәr tutmadı, fikirlәşirdi
ki, bütün kişilәr kimi vәfasızdı, tәkcә Xavyerito Perteqidәn
başqa, ancaq o, mavidi, çәtin olmayan tapşırıqları yerinә
yetirir, dalına tәpik vurmağa da yarayır.
– Xayalarının sallandığına görә heç utanmırsan?
“La Korunya cәngavәrlәri”nin başçılarından biri, xırda
әmәliyyatlar elәyәn hәkim don Lesmes Kabeson Ortiqeyra
limanda, bir dәfә balina gördüklәri yerdә dәnizә düşüb
boğuldu, bәlkә dә, onu itәlәmişdilәr, Dolorinya Alontra
eşidәndә güldü.
– Qadınlara zülm edәn vecsizin biriydi, yaxşı ki, boğulub.
Anım gününü sakit keçirmәk lazımdı, әvvәllәr qaite
çalmaq, qәbiristanlıqda bublik yemәk adәt idi, ölülәrin
vәziyyәti indi çox ağırdı, heç kim şadlıq elәmәmәlidi.
– Ölülәr hәrdәn söhbәt elәyә bilirlәr?

314
   309   310   311   312   313   314   315   316   317   318   319