Page 351 - jirmunski
P. 351
Xalq qəhrəmanlıq eposu

yuxarıda sәh.13), lakin “Kalevala”da onlar geniş tәhkiyә şәklin-
dә verilib (I runa) vә analoji mәnşәli bütöv motivlәr qrupuna
әsaslanır.

Görünür ki, sehrli doğuluş motivi İlmarinen obrazına da şa-
mil edilir (IX runa, “kömür dağında doğuldu, kömür çölündә
böyüdü”). Onun anası Kalevanın gözәl qızı Lokkadır (XXV ru-
na), atasından bәhs edilmir. Maryatta әhvalatında (I runa) bakirә-
nin hamilә qalması motivinin köklәri, şübhәsiz ki, bakirә Mәr-
yәm haqqında kilsә әfsanәsi ilә bağlıdır, ancaq onun xalq forma-
sı da sәciyyәvidir: Maryatta mәrsin gilәmeyvәsindәn hamilә qa-
lır.

Vyaynyamyoynenin anası İlmatarın sehrli, çox uzun çәkәn
(“yeddi yüz il”) vә gәlәcәk qәhrәmanın dünyaya gәlmәsindәn
xәbәr verәn doğuşuna çox vaxt qәhrәmanlıq nağıllarında da rast
gәlmәk mümkündür. Mәsәlәn, “Keler-Quş” altay nağılında Altın
Tuuda pәhlәvanın anası “onu otuz il bәtnindә gәzdirdi”. Bu әfsa-
nәvi qayda Keler-Quşun qanadlı atına da aid edilir: onun anası
“boz madyan” doqquz il doğa bilmәdi99.

b) Sibir xalqlarına da mәlum olan qәdim bütpәrәstlik inanc-
larına görә, tәbiәti tәbii qüvvәlәrin sahiblәri deyil, sahibәlәri ida-
rә edir: qızları Tulikka vә Tellervo ilә meşәnin sahibәsi Miellika
(vә ya Mimerrika) qarı, dәnizin sahibәsi Vellamo, Tuonelanın
(yeraltı dünya) sahibәsi Tuonetar vә qızı (Tuoni çayının bәrәçi-
si), Tuoninin kor qızı, xәstәliklәr göndәrәn “qәddar arvad” Lovia-
tar, daha sonra sәma “pәrilәri”, ayın qızı Kuutar vә günәşin qızı
Peyvetar, havanın qızları (Vyaynyamyoynenin anası İlmatar da
onların arasındadır), dumanın qızı Terxenetar vә Udutar vә
başqaları Kronun xristianlıq tәsәvvürlәrindә, xristian әfsanәlә-
rindә bakirә Mәryәmә vә onun yoldaşlarına deyilәn epitetlәrdә
әritmәyә çalışdığı bütün bu panteon öz mәnşәyinә görә qәdim
qadın başlanğıcına dayanır. Baxmayaraq ki, burada sonralar әla-
vә edilmiş “әrlәr” vә “sahiblәr” (Tapio – meşә sahibi, Tuoni –
Tuonelanın sahibi) obrazları da yer alır.

c) Onu da әlavә edәk ki, gәnc Lemminkyaynenin sığınacaq
tapdığı Saari adasındakı “bütün” qadın vә qızlarla yaşanan eşq

351
   346   347   348   349   350   351   352   353   354   355   356