Page 355 - jirmunski
P. 355
Xalq qəhrəmanlıq eposu
obrazı, mifoloji mәktәbin nümayәndәlәrinin güman etdiyi kimi,
tәbiәt ilahisinin insan şәkli almasının nәticәsi deyil; әksinә, ov-
sunçu ifaçının mәdәni qәhrәmana çevrilmәsini, bu sinkretik ob-
razın mifolojilәşmәsi prosesinin nәticәsi kimi tәsәvvür edirik.
Bu, İlmarinenә dә aiddir. Qәdim german eposunda Veland vә
yuxarıda adı çәkilәn bir çox başqa qәhrәmanlar kimi (bax sәh.22),
çox gözәl dәmirçi olan İlmarinen, eyni zamanda mahir sәnәtkar-
dır: sanki eyni obrazın mifoloji formasını tәmsil edәn Dedal vә
Hefest (Vulkan) bir şәxsdә birlәşib. Mәdәni qәhrәman kimi İl-
marinen insanlara dәmir döymәyi öyrәdәn ilk dәmirçidir (IX ru-
na). O, ovçu üçün qızıl yay, balıqçı üçün qızıl avarlı qayıq, mal-
dar üçün qızıl inәk vә әkinçi üçün qızıl xış hazırlayır. Әfsanәvi
var-dövlәt vә xoşbәxtlik dәyirmanı Samponu da o düzәldir (X
runa). Bununla yanaşı, o, sәmanı – “hava tavanı”nı düzәldәn ya-
radıcıdır (VII runa). Burada da mifoloji obraz insan obrazından
inkişaf edir.
Deyilәnlәrdәn aydın olur ki, “Kalevala” epik runalarındakı
süjet vә obrazlar, Kron vә onun mәktәbinin nәzәriyyәlәrinә zidd
olaraq, mәnşәyinә görә feodal-xristian deyil, xristianlığa vә feo-
dalizmәqәdәrki dövrә mәxsus komponentlәrdir. Onların qәdim tipo-
loji sәciyyәsi vә sosial münasibәtlәrdәki, sinifli cәmiyyәtdәn qabaqkı
dünyagörüşündәki köklәri müqayisәli-etnoqrafik tәdqiqatla bir
daha әyani şәkildә tәsdiq edilmiş olur.
O.V.Kussinenin göstәrdiyi kimi, matriarxatın qalıqlarını әks
etdirәn daha qәdim xüsusiyyәtlәri bir tәrәfә qoysaq, epik “Kale-
vala” üçüncü vә ya ali barbarlıq mәrhәlәsindә olan ibtidai cә-
miyyәti”, yәni Engelsin tәbirincә, “bütün mәdәni xalqların qәh-
rәmanlıq dövrünü yaşadığı” dövrü әks etdirir.108
Homerin eposu ilә müqayisәdә “Kalevala”da “bu dövrün da-
ha erkәn mәrhәlәsi” ilә qarşılaşırıq. “Homerin poemalarında әks
olunan dövrlәrdә Yunanıstanında, tayfa quruluşu çәrçivәsindә
hәrbi demokratiya hökm sürürdü vә artıq hәrbi aristokratiya ya-
ranmağa başlamışdı. Yoxsullaşmış knyazlar da bu aristokratiya-
ya aid idi. “Kalevala”da heç bir hәrbi quruluş yoxdur vә onun
qәhrәmanları nә hәrbi sәrkәrdә, nә dә zadәgan deyil”.109
355