Page 170 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 170
Görcö nÿsri antologiyası
– Heç harada. Evdә... Uşaqlara nәğmә öyrәdirәm. Bura
gәlirlәr.
– Әgәr qavrama qabiliyyәti yoxdursa, onda?
– Mahnını hamı oxuya bilәr, çünki hamı sevir... Әsas gәrәk
öz ürәyinә qulaq asasan... Mәn onlara artıq yazılmış nәğmәlәri
öyrәtmirәm ki. Tәzә nәğmәlәr yazırıq. Hәr kәsin öz nәğmәsi
olur vә hamı oxuyur.
– Sözlәrini dә özünüz yazırsınız?
– Sözlәr o qәdәr dә vacib deyil... Amma lazım olanda yazı -
ram.
– Böyüklәri öyrәdәrsiniz?
– Heç öyrәnmәk istәyәn olmayıb. Ancaq bilirәm ki,
çәtindir... Böyük adam öz nәğmәsini tapa bilmәyәcәk.
– Necә öyrәdirsiniz uşaqları?
Qadın fikrә getdi.
– Әvvәlcә şәkil çәkdirirәm. Sonra hәmin şәklin әsasında
sәslәr seçirәm. Fortepianoda, ya gitarada. Ya da öz sәsimlә...
Bax belә... Ancaq son vaxtlar mahnıların hamısı qәmgin olur.
Uşaqlar çox şeydәn qorxurlar, lakin demirlәr, çünki әksәriyyәti
dәqiq nәdәn qorxduğunu dәrk etmir. Şәkildәn isә bunu görmәk
olur vә nәğmә onlara kömәk edir.
– Demәli, demәk olar ki, hәkimsiniz.
– Nә bilim, sadәcә bu dünyada dәrman çoxdur, – yenә
kәdәrlәndi.
“Әslindә, belә adam televizoru sevmәli deyil”.
– Televizora baxmağı sevirsiniz?
– Yox, demәk olar ki, baxmıram.
170 – Bәs onda nәyinizә lazımdır?
– Uşaq gәlәndә bilmir nә etsin, bezir, – lap alçaqdan dedi
vә başını aşağı saldı.
– Uşağınız kimin yanındadır?
– Atasının.
– Qızdır?
– Yox, oğlan.
– Neçә yaşındadır?