Page 169 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 169

Naira Gelaøvili

             – Mәnim? Merab. Mәndәn adımı tez-tez soruşurlar, –  kişi
          güldü.
             – Bayırda hava xoşdur, –  nәdәnsә әlavә etdi vә gözünü
          yerdә atılıb qalmış soyuducu ştekerinә zillәdi.
             Ev yiyәsi yenә fikrә dalıb şirәnin içindә üzәn parlaq
          әncirlәrә baxırdı.
             Bu mәtbәxdә qazanabәnzәr bir şey yox idi. Nә dә çörәk
          görә bildi.
             “Bu, deyәsәn, daim pәhriz saxlayır, elә buna görә bu
          üzündәn o üzü görünür”, –  kişi düşündü vә mürәkkәb rәngli,
          xırda sarımtıl güllü, uzun yuxa donun içindә qadının zorla
          seçilәn incә bәdәnini diqqәtlә gözdәn keçirdi. Saçlarını arxaya
          yığıb qәdim sümük daraqla bәrkitmişdi; darağın hәr iki ucunda
          yonulmuş balaca quş heykәlciklәr vardı.
             – Acsınız? – birdәn qadın soruşdu vә qara gözlәrindә
          narahatçılıq göründü.
             – Yox, –  kişi yalan söylәdi, –  amma әncir mürәbbәsini
          çox sevirәm.
             – Hәlә hazır deyil ki... – ev yiyәsi daha da narahat olub
          şirә içindә üzәn әncirlәrә acizliklә baxdı.
             – Of! Eybi yox, dözәrәm, –  kişi gülümsәdi.
             Qadın başını aşağı salıb mәtbәxdәn çıxdı vә çarpayının
          üstündә oturdu. Kişi dalınca gedib kamodun yanında duran
          kiçik stula çökdü.
             – Olarmı? – deyib cibindәn siqaret çıxartdı.
             – Әlbәttә, –  qadın köksünü ötürdü vә qalxıb külqabı
          gәtirdi.
             Kişi siqaretini yandırdı. Sükut onu narahat edirdi vә o  169
          fikirlәşirdi ki, qadına nә desin vә ya nә soruşsun.
             – Nә gözәldir, –  qadın çarpayının üstündә qalmış fәnәri
          әlinә alıb yandırdı.
             – Sizin olsun.
             – Nә danışırsınız, –  rәngi qaçdı, –  sizә lazımdır axı.
             – Mәnim yenә varımdır, –  başqa fәnәri yox idi.
             – Harada işlәyirsiniz? – bir saniyәdәn sonra soruşdu.
   164   165   166   167   168   169   170   171   172   173   174