Page 146 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 146
Görcö nÿsri antologiyası
yavaş-yavaş Kiladzeyә yaxınlaşdı. Uşaq qırmızı rәngli plast-
mas çәngәli Kiladzenin pencәyinin cibinә qoydu.
Kiladze narazılıqla mәnә baxdı, cibindәn çәngәli çıxartdı
vә uşağa qaytarıb başını sığalladı.
Hamı güldü.
Kiladze monoloqunun növbәti coşqun hissәsini qurtar -
mamışdı ki, oğlan döş cibindәn oyuncaq tısbağanı çıxarıb yenә
dә rәisin cibinә qoydu.
Kiladze yenә dә narazılıqla mәnә baxdı, tısbağanı cibindәn
çıxarıb xalçanın üstünә atdı vә yenә dә uşağın başını sığalladı.
Bu dәfә uşaqlar gülmәdilәr. Yalnız tәrbiyәçilәr gülüşdülәr.
Bir yerdә dinc dayanmayan bu uşaq üçüncü dәfә hara -
dansa rezin dovşan çıxardıb Kiladzenin cibinә qoydu, plastik
şlanqla üfürüb doldurmağa başladı.
Mәn artıq dözә bilmәdim. Bu bic yaramazı itәlәdim vә
qulağını dartdım.
O, mәnim gözlәdiyimdәn dә dәhşәtli sәslә ağlamağa
başladı.
Kiladze vә tәrbiyәçilәr tәşvişlә yerlәrindәn sıçradılar.
Uşaqlar sanki bir komanda ilә ağlaşmağa başladılar.
Nәticәdә ikinci töhmәti aldım.
Yәqin ki, üçüncü töhmәtdәn sonra mәni işdәn qovacaqlar.
Tәәssüflәnmirәm. Dәmiryoluna qayıdacaq, ixtisasım üzrә –
yolayıran işlәyәcәyәm.
146