Page 144 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 144
Görcö nÿsri antologiyası
teatrda bәzi adamların üç mәşuqәsi var, bәzilәrindә isә biri dә
yoxdur!”, “Xarici ölkәlәrә hәmişә eyni adamlar gedir, digәrlәri
isә cins şalvar almağa da pul tapmır!”
Әlbәttә, bütün şikayәtlәri yadda saxlaya bilmirdim, heç
cәhd dә etmirdim. Kiladze onları diqqәtlә dinlәyir, hәrdәn
kömәkçiyә göstәrişlәr verirdi: “Bunu yaz!”. Kömәkçi başı ilә
tәsdiq edir, ancaq heç nә yazmırdı.
Artistlәr görәndә ki Kiladze onların iradlarını bir
qulağından alıb, o birisindәn buraxır, lap aqressivlәşdilәr.
– Biz sizә inanırdıq! – xalq artisti Tevzadze qışqırdı, –
seçkidә sizә sәs verdik!..
– Bizi xalq seçdi, – Kiladze onun sözünü ağzında qoydu.
– Bәs biz xalq deyilik? – Tevzadze sәsini qaldırdı, onun
sәsi isә – Allah saxlasın.
– Siz sıfır tam mindә yeddi faizsiniz. Verdiyiniz sәsi
başımıza qaxmayın. Sizin sәslәriniz olmadan da seçilirdik.
Bizim reytinqimiz çox yüksәkdir.
Kiladzenin onu susdurması xoşuma gәldi.
Bu zaman sәhnә tәrәfdәn qıvraq, gәnc bir aktrisa pillәkәnә
yaxınlaşdı.
– Sizi xalq seçibsә, xalqdan niyә qorxursunuz?! – Onun
gözlәrindәn od yağır, dişlәrini qıcayırdı.
İndiyәdәk onu heç bir rolda görmәmişәm – nә teatrda, nә
dә kinoda.
– Haradan ağlınıza gәldi ki, biz xalqdan qorxuruq? – Ki-
ladze soyuqqanlılıqla dillәndi.
– Bәs onda niyә silahlı mühafizә ilә gәzirsiniz?! Mәgәr
teatra silahla gәlmәk olar, ağlınızı itirmisiniz?..
144
Kiladze özünü itirmәdi:
– Onlar mәni yox, sizi qorumağa gәliblәr.
– Bizi? Kimdәn? Bәlkә, sizdәn, cәnab?! – Bax belә, aktrisa
söz üçün cibә girmir. Pillәkәnә yaxınlaşıb astadan dillәndi:
– Mümkünsә, qulağınıza mәxfi bir söz demәk istәyirәm...
Gördüm ki, Kiladze saman kimi bozardı. Mәn işә
qarışdım:
– Bir addım da qabağa gәlsәn, sәni mәhv edәcәyәm!