Page 142 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 142
Görcö nÿsri antologiyası
cisini... Birincisini – teatrda, ikincisini isә Veri mәhәllәsindәki
Buxaidze adına uşaq bağçasında...
Teatra mәşqlәr zamanı gәldik.
Bölgüyә görә mәn “aparıcı” idim. “Aparıcı” olmaq o
demәkdir ki, rәisin qabağı ilә gedirsәn vә qapıdan birinci daxil
olursan.
Sözdә demәk asandır, ancaq Kiladzenin mühafizәsindә
“aparıcı” olmaq әn çәtin işdir: maşından güllә kimi çıxır vә
oyan-buyana baxmadan qapıya tәrәf uçur!
Mәn qabaqdakı maşında olduğum üçün girişdәn bir neçә
metr irәli gedib, sonra düşmәli vә Kiladzeni qabaqlayıb qapıya
birinci yaxınlaşmalıyam, hәm dә bunu elә etmәliyәm ki, ana
kenquru kimi atdığım iri addımlarım çox da nәzәrә çarpmasın.
Kiladze o qәdәr qıvraqdır ki, hәr zaman sayıq olmaq lazım
gәlir. Tәlimata görә, Kiladze binaya o vaxt girmәlidir ki, biz
artıq “mövqelәrimizi” tutmuş, әtrafa göz gәzdirmiş vә “şübhәli
obyektlәri” nәzarәtә götürmüş olaq. Sәn saydığını say, gör o
nә edir! Bir dә görürsәn ki, artıq buradadır! Yanan adam kimi
qaçır. Qorxmazdır... Amma kimsә onun üstünә atılarsa,
tәxribat törәdәrsә, biz cavabdehik!..
Kiladze әvvәlcә direktorun kabinetinә tәrәf yollandı,
ancaq on addım qalmış qәflәtәn döndü vә tamaşa zalına girdi,
nәticәdә yeddi mühafizәçinin hamısı arxada qaldı, zala ondan
sonra daxil oldu. Böyük ayı bürcünün ulduzları kimi parterdә
vә amfiteatrda yerlәrimizi tutduq.
Mәn sәhnәyә qalxan kiçik pillәkәnin yanında dayandım.
– Salam, cәnablar, – Kiladze sözә başladı. – İcazә verin,
142 yeni rәhbәrlik adından sizi salamlayım! Bağışlayın ki, birbaşa
mәşq zamanı gәldim, vaxt tapmaq problemdir. Sirr deyilsә, nә
üzәrindә belә hәvәslә işlәyirsiniz?
Üçüncü cәrgәnin ortasında oturmuş eynәkli kişi hәvәssiz
qalxdı, ayaqlarını sürüyә-sürüyә Kiladzeyә tәrәf yönәldi.
Onun yerişi xoşuma gәlmәdi, ancaq mәnim “obyektim”
olmadığı üçün çox da diqqәt yetirmәdim. Bununla belә, aranı
azaltdım ki, bir şey olsa, onu tәrksilah edә bilim.