Page 138 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 138

Görcö nÿsri antologiyası

                   Oğlan sәmaya baxır, qırğının görünmәsini gözlәyirdi.
                   Quş görünmür, vaxt ötür, Zura isә, hәr halda, ümidini itir-
               mirdi…
                   Birazdan qırğı havada dövrә vururdu.
                   Oğlanın baxışları onu izlәyirdi. Sәmada böyük-böyük
               şәhәrlәrin rәsmi çәkilir, başıqarlı uca dağlar günәşin şüaları
               altında bәrq vurur, göldә buz parçaları üzür, su günәş şüalarını
               әks etdirir, quş qanadlarını çalanda isә şәlalәnin sәsi eşidilirdi,
                   Oğlan baxır, iri hәrflәrlә yazılmış sәtirlәrdә tәsvir olunan
               hәr şeyi görürdü.
                   Zura sevinirdi ki, tәk deyil. Nәrә çәkib qırğını izlәyir,
               gülür, әllәrini yellәdirdi.
                   Uzun müddәt belәcә qaçdı.
                   Birdәn dayandı. Qırğının düşdüyü kolluğa tәәccüblә
               baxdı, atәş sәsini eşitdiyini yadına saldı. Kapito әlindә tüfәng
               eyvanda dayanmışdı.
                   – Sәn vurdun? –  oğlan yüksәk sәslә soruşdu.
                   – Hә!
                   – Niyә?
                   Kapito cavab vermәyi lazım bilmәdi.
                   – Niyә öldürdün?! –  oğlan qışqırdı.
                   – Dәli olmusan, ay uşaq?
                   Zura eyvanda duran atasına yaxınlaşırdı. O, başını yuxarı
               tutmuşdu. Sәmada heç nә görünmürdü.
                   – Hindtoyuğu balalarını aparmasın deyә, hә? –  Zura qış -
               qırdı.
                   – Sәnә nә olub, ay uşaq? –  Kapito soruşdu.
        138        Oğlan ovcunu daşla doldurub qaçdı. Әlini yellәtdi, lakin
               hindtoyuğu bir kәnara atıla bildi. Zura çevrilәndә atasına
               çırpıldı.
                   Kapitonun sifәtindәn qәzәb yağırdı. Әlini yellәdib ona bir
               şillә ilişdirdi.
                   Mal damındakı otun üstünә yıxılmış uşaq başını anasının
               әtәyinә qoyub ağlayır, anası onun başını sığallayırdı. Oğlanın
               yadına  әvvәlcә bulud, sonra isә  qırğı düşdü.
   133   134   135   136   137   138   139   140   141   142   143