Page 135 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 135
Quram Do÷anaøvili
– Nә deyirsәn, düdük?!
– Göyqurşağıdır, bala, – ana deyәrdi.
Atasından heç nә soruşmazdı.
Bir dәfә qonşunun oğlu ilә birgә hündür ağaca dırman -
mışdı, evә paltarı cırılmış halda gәldi.
Kapito qollarını çırmadı.
– Xalatını harada yırtmısan, ay uşaq?
– Ağaca çıxmışdım.
Kapito onun başına qapaz vurdu.
Oğlan incik halda atasına baxdı.
Camaat hәyәtә toplaşmışdı. Әlindә tüfәng eyvanda
dayanan Kapitonun çöhrәsindә qәzәbqarışıq sevinc hiss olu -
nurdu.
Zura aşağı baxdı, yerә qırğı sәrilmişdi.
Qırğı qәmli-qәmli baxırdı. Qırılmış qanadından qan dam -
cı layırdı. Әyri dimdiyini yerә söykәmişdi. Parlaq, qanlı göz -
lә ri vardı. Baxışı ağrını әks etdirmir, ancaq gözlәrindә
qәm -qüssә görünürdü.
Malaya ürkәk gözlәrlә qırğıya baxırdı. Kapitonin üzündә
tәbәssüm oynayırdı.
Zura atasına nәzәr saldı. Kapito oğluna baxmaqdan çәki -
nib camaata tәrәf döndü.
– Ziyanverici quşdur, – Kapito dedi.
Qana bәlәnәn qırğıya Zuranın yazığı gәldi.
– Sağ qalacaqmı? – kimsә soruşdu.
Kapito tüfәngdәn yapışdı.
– Geri çәkil, ay uşaq. 135
– Öldürmә, ata...
– Hәr halda, ölәcәk, – kimsә dillәndi.
– Patronu nahaq yerә sәrf elәmә, Kapito...
Kapito fikrә getdi...
– A kişi, o yüksәklikdә necә vurdun?
Kapito gülümsәdi.
– Harasa tulla onu, ay uşaq.