Page 132 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 132
Görcö nÿsri antologiyası
– Bu saat, – böyük oğlu yerindәn götürüldü.
– N...Ә... Nә – iri hәrflәri pıçıltı ilә kәkәlәyә-kәkәlәyә oxu -
yurdu.
Balaca oğlu pәncәrәyә baxırdı.
Nәyә mәәttәl qalıbsan, ay uşaq?
Uşaq diksindi, qızardı, Malayanın yanına getdi. Qızcığaz
iri hәrflәri tәlәsmәdәn oxuyurdu.
– TO...X...tox...A...Toxa! – Malaya bunu deyib ona baxdı.
Kapito әsnәdi.
– Öküzlәri gәtirәcәyәm, ata.
– Gәtir, Dzuku.
– Bu gün dәrsi danışdırdılar, ay qız? – Kapito soruşdu.
– Yox.
– Sәnә, ay oğlan?
– Yox.
– Niyә hәmişә soruşmurlar dәrsi?! – Kapito birdәn
hirslәndi.
– Dünәn soruşdular axı.
– Nәdәn?
– Coğrafiyadan.
– Niyә tәkcә coğrafiyadan?
Oğlan sakitcә dururdu.
– Coğrafiyanı sevir, – Kapitonun arvadı dillәndi.
Oğlan çәkinә-çәkinә gülümsündü.
– B...a...r...maq... – Malaya pıçıldayırdı.
Oğlan ehtiyatla qapını açıb hәyәtә çıxdı.
– Öyrәndim, – Malaya yerindәn atıldı.
132 – Sus... – anası barmağını dodaqlarına doğru apardı.
Qızçığaz o yana – taxta doğru baxdı. Kapito xoruldayırdı.
– Oynayım? – Malaya astadan soruşdu.
Anası başını tәrpәtdi. Qızcığaz ehtiyatla qapıya doğru get -
di. Qapını cırıldatdı, Malaya qәhqәhә çәkmәk istәdi. Qapını
örtdü. Qardaşının yanına qaçıb qәhqәhә çәkdi.
– Nәyә gülürsәn, ay qız? – qardaşı gülümsәyib soruşdu.
– Zura, oturt mәni bir...