Page 134 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 134
Görcö nÿsri antologiyası
Oğlan kitab oxuyurdu.
“Venetsiya öz quruluşuna görә diqqәt çәkir, – kitabda iri
hәrflәrlә yazılmışdı. – O, çoxlu (yüzdәn artıq) kiçik ada üzә -
rin dә salınıb ki, burada da evlәr suyun içindәdir; küçәlәrin
yerinә kanallar var. Kanallarda qondolalarla üzürlәr.
Sonra iri hәrflәrlә yazılıb: “İtaliyanın әsas әlamәtlәri”.
Oğlan o tәrәfә baxdı, gözünә nәsә sataşdı.
Yenә hәmin çay.
Elә hәmin cala.
Yenә o tikanlı kollarla örtülmüş dağ.
Kapito yaxşı әhvali-ruhiyyәdә oyandı.
– Su gәtir, içim, ay qız...
Malaya qaça-qaça gedib su gәtirdi.
– Yekә qız olasan!
Kapito eyvana çıxdı, arvadına baxdı. Sonra üzüm bağını
gözdәn keçirib gülümsәdi:
– Bu il yaxşı mәhsulumuz olacaq.
Zura hindtoyuqlarını hәyәtә gәtirdi. Elә incik halda idi ki,
Kapito narahat oldu:
– Hindtoyuqlarını itirmәdin ki, ay uşaq?
– Yox.
– İki, dörd, yeddi, on..., – Kapito saydı, – düzdür, yaxşı
baxıbsan, ay oğul!
Zura hәmişә mәktәbdәn qonşunun oğlu ilә qayıdardı. Hәr
ikisi altıncı sinifdә oxuyurdu.
Mәktәbә aparılana qәdәr Zura hәyәtә çox nadir hallarda
çıxar, atasının vә qardaşının arxasınca düşәr, ayaqlarına
134 dolaşar, onlar isә donquldanardılar. Anası isә onu әzizlәyәr,
çox nadir hallarda üstünә qışqırardı.
Qonşunun oğlu onun yanına gәlәr, birlikdә oynayardılar.
Hәrdәnbir kölgәlikdә oturaraq buludları seyr edәrdilәr. Zura
buludları yumşaq, incә vә isti hesab edirdi. Anası nәvaziş
göstәrәndә özünü buludlarda hiss elәyirdi.
Әtrafda çox şey namәlum idi.
– Ata, onun adı nәdir?