Page 129 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 129
Rezo ×eyøvili
– Necә yәni? Bu nә demәkdir? – Nelli mәәttәl-mәәttәl
soruşdu.
Kote cavab vermәyib köks ötürdü...
İndi Daranın qoşunları Şәrqә axın edirdi. Qoşun gözә -
görünmәz düşmәndәn qaçır, Günәşin qızmar şüalarında sanki
әriyib yox olurdu. Nizә ucluqları vә dәbilqәlәr bәrq vurub
adamın gözünü qamaşdırırdı.
Üçüncü sәrnişin pәncәrәnin qabağında siqaret çәkirdi. O
ucsuz-bucaqsız çöllәrә baxırdı, gözlәrindә nә vaxtsa bu çöl -
lәrdәn adlamış sarmatların vә skiflәrin sönmüş ehtirasla rının
әks-sәdası olan kurqanların qüssәsi, әsrlәrdәn yığılıb qalmış
kәdәr vardı.
129