Page 126 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 126
Görcö nÿsri antologiyası
– Aman Allah!.. – Nelli gileylәndi.
Kote uzun müddәt yuxuya gedә bilmәdi, qapını da
bağlamadı – onsuz da, yenә açmalı olacaqdı; mürgülәsә dә,
içindәki qәribә intizar vә narahatlıq arabir onu yuxudan
oyadırdı. Üçüncü sәrnişin sәhәrә yaxın, dan yeri ağaranda
peyda oldu vә Kote onun gәlişini dәrhal hiss etdi. Kişi
yırğalana-yırğalana içәri girdi. Kupe qaranlıq idi. Yalnız
tavandakı göyümtül gecә lampası yanırdı. Kote masanın
üstündәn qol saatını götürüb baxdı, ancaq heç nә görmәdi,
saatı qoluna taxdı. Әllәrini çarpazlayıb başının altına qoydu,
mexanizmin zәif tıqqıltısı eşidilirdi. Kote kupenin ortasında
lәngәr vuran, az qala, indicә arvadının yatağına yıxılacaq
kişidәn gözünü çәkmir, hәm dә saatın tıqqıltısını dinlәyirdi.
Sәrxoş sәrnişin әlini Nellinin qıçlarına atanda Kote cәld qalxıb
onu arvadından araladı, sonra nә edәcәyini bilmәdi. Sәrxoş
sakitlәşmәk bilmir, Kotenin yatağına uzanmağa can atırdı.
Axır ki, ona yerinin yuxarı qatda olduğunu başa sala bildi. Kişi
daha müqavimәt göstәrmәyib yatağına dırmaşmağa çalışdı.
– İlahi, dәhşәtә bax! Bu nә әdәbsizlikdir! – Nelli mәlәfәni
sinәsinә sıxıb qәzәblә dedi, bu vaxt әri sәrxoş sәrnişinә ikinci
qata qalxmaqda kömәk edirdi. Kişinin yaşıl corabı vә deşik
ayaqqabıları az qalırdı Nellinin üzünә toxunsun.
Dan yeri sökülәndә qadın әrindәn soruşdu:
–Yatmısan?
Yuxusuzluq vә başına gәlәnlәr Kotenin ovqatını tәlx
elәmişdi, fikirli halda gözlәrini tavana zillәyib uzanmışdı.
Arvadının sәsinә diksindi.
126 – Nә olub? Qorxdun?
– Soruşuram ki yatmısan? – Nelli әlini gözlәrinin üstünә
dayayıb әrinә baxdı, görünür, gecә lampasının göy işığı da onu
hövsәlәdәn çıxarırdı.
– Necә bәyәm? – әri soruşdu.
– Dәhşәtli yuxu görürdüm... Guya uşaqlar akvariumu
pәncәrәnin qabağında yerә salıblar, evdә su dizә çıxıb... Qor -
xuram, bir bәdbәxtlik baş versin...