Page 121 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 121

Erlom Axvlediani

          uzaq vә yaxın, qanun vә qanunsuzluq, ay vә ulduzlar – onlar
          üçün ayrılmış yerdә bәrqәrar olurdular...
             Hamısı ona nüfuz elәyir, bir-birini tapır, bir-birini başa
          düşür, razılığa gәlir, tәskinlik tapır, sakitlәşirdilәr.
             Axırda ölüm dә onun daxilinә nüfuz elәyib öz yerini
          tutdu...
             Amma o özü üçün yaşayırdı...

                       Xeyirxah adam haqqında


             Bir xeyirxah adam vardı. Onun arvadı da, uşaqları da
          xeyir xah idilәr. Hәlә eşşәyi dә vardı. Әgәr eşşәk doğulma say -
          dı, o da xeyirxah olardı.
             Bir dәfә xeyirxah adam öz kәndindәn qonşu kәndә getmәli
          oldu. Eşşәyini minib yola düzәldi.
             Bir qәdәr gedәndәn sonra bir qocaya rast gәldi. Xeyirxah
          adam xeyirxah idi deyә qocanı da eşşәyә mindirdi.
             Bir qәdәr gedib, iki qadın gördü; qadınların biri gözәl,
          digәri çirkin idi. Kişi ikisini dә eşşәyә mindirdi.
             Bir qәdәr gedәndәn sonra gördü ki, yerdә dәvә uzanıb,
          yanında da yükü var, sahibisә oturub ağlayır. Xeyirxah adam
          xeyirxah idi, ona görә dә dәvәni yükü vә ağlayan sahibi ilә
          birgә eşşәyin belinә mindirdi.
             Bir qәdәr gedәndәn sonra yolun kәnarında iri bir qaya
          parçasına rast gәldi. Xeyirxah adam xeyirxah idi, qaya
          parçasını da eşşәyin belinә yüklәdi.
             Bir qәdәr getdilәr, eşşәk dilә gәlib xeyirxah adama dedi,
          xeyirxah insan, mәni dә eşşәyin belinә qoy.              121
             Xeyirxah adam xeyirxah idi, eşşәyi dә eşşәyin belinә
          qoydu.
             Bir qәdәr dә yol getdilәr, axır ki gәlib qonşu kәndә çatdılar.
   116   117   118   119   120   121   122   123   124   125   126