Page 143 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 143
Revaz Miøveladze
O dedi:
– Mәn Jofrua Tabatadzeyәm, Eduardo de Filipponun “Fi -
lu mena Marturano” әsәrini sәhnәlәşdirirәm.
Bu adlar afişada yazıldığı üçün yadımda qalmışdı. Uşaqlar
növbәtçi otağında mәzәlәnәndә, bir-birlәrini sәslәyәndә tez-
tez: “Eduardo de Filippo-o! Filumena Marturano-o!” –
deyirdilәr.
– Hә, eşitmişik... – Kiladze çeçәlә barmağı ilә kәkilini qa -
şıdı.
– Biz elә dә savadsız deyilik!.. Şübhәsiz, mәn sizin işinizә
qarışmamalıyam, ancaq әdalәt naminә demәk lazımdır: indi
Filumena vaxtıdır? Bağışlayın, bu zamanda nә Filumena!..
Günümüzün tәlәbi başqadır, teatrın sәhnәsindә hәr axşam milli
müstәqillik mübarizәmizin bayrağı yellәnmәlidir, siz isә Edu ar -
do de Filippo!..
– Biz mәşqlәrә hәlә köhnә hökumәtin vaxtında başla -
mışdıq – Jofrua Tabatadze izah etdi. – Üstәlik, vәd vermişdik
ki, Filumenanı italyanlara göstәrәk. Onlar bizi gәnclәr
kollektivlәrinin İtaliyada keçirilәcәk festivalına dәvәt edirlәr,
ümid edirәm ki, onların ağlını başından çıxaracağıq, necә ki
vaxtilә fransızları, ingilislәri, amerikalıları mat qoymuşduq.
Hiss edirәm ki, Jofruanın çıxışı rәisin xoşuna gәlmәdi,
amma o, son sualını verir:
– Mәnә bir sözünüz, xahişiniz varmı? Sizin üçün nә edә
bilәrәm?
İlahi, başlandı, nә başlandı! Bir teatrda nә qәdәr әzabkeş
vә ehtiyac içindә olan adam varmış! Bәzilәri parterdә sıx dәstә
ilә dayanmış, qalanları isә sәhnәdәn çığır-bağır salmışdılar. 143
“Noe Jordaniyanın, yәni menşeviklәrin vaxtından bu günәdәk
hәr bir hakimiyyәt teatra gәlmәyi, bizim hәyatımızla maraq -
lan mağı özünә borc bilib, sizdәn başqa!..”. “Dövlәt yardım
ayırmır artıq, rekvizit hazırlamağa da pulumuz yoxdur!”,
“Hamının maaşını artırdılar, bizdәn başqa!”, “Son iyirmi ildә
bir teatr işçisi dә mәnzil almayıb!”, “Ümid edirdik ki, müstә -
qilliklә birgә bizim dә zamanımız gәldi vә rahat nәfәs ala
bilәrik, siz isә bizi vecinizә dә almırsınız!”, “Biabırçılıqdır, bu