Page 148 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 148
Görcö nÿsri antologiyası
TӘBİB
ir dәfә axşam kiçik şәhәrin baş küçәsindә dәhşәtli sәs-
Bküy qalxdı.
Evlәrin pәncәrәlәri açıldı, adamlar bayıra boylanıb gör -
dülәr ki, onların ağxalatlı tәbibi başını aşağı salıb küçәylә
qaçır, arxasınca da qәzәblәnmiş şәhәr camaatı düşüb.
Tәbib pis tәbib idi, müalicә elәyә bilmirdi. Şәhәr camaatı
ona çox dözdü vә budur, axırda tәbdәn çıxdı – tәbib adi tu-
mova tutulmuş bir nәfәri, az qala, o dünyaya göndәrәcәkmiş.
Şәhәr camaatı da qәrara gәlib ki, daha bәsdir, onu başa salmaq
vaxtıdır.
Camaat söyә-söyә, hәdәlәyә-hәdәlәyә onun dalınca
tökülüşmüşdü. Şәhәrdәn çıxanacan arxasınca qaçdılar. Tәbibi
dürtmәlәdilәr, şillәlәdilәr, tәpiklәdilәr... Yaxşıca әzişdirib
dedilәr: “Bu şәhәrdә izin-tozun da qalmasın!”
Axşamsa şәhәrlilәr әmәllәrindәn razı halda bir-birinә
deyirdilәr:
– Eşitmisiniz, tәbibi cәzalandırıblar!
– Hә, döyüb qovublar!
– Ona belә lazım idi!
– Çoxdan elәmәliydilәr bunu!
Sәhәr tәbib şәhәrdә peyda olanda camaat bәrk tәәccüb -
lәndi!
Sakitcә şәhәrin baş küçәsiylә gedir, addımları da inamlıdır,
148 dәrhal aydın olur ki, döyülmәkdәn qorxmur. Әksinә, o qәdәr
cәsarәtlәnib ki, küçәdәn keçәn adamları saxlayıb soruşur: “Bir
yeriniz ağrımır ki? Yardım lazım deyil ki?”
– Yәqin, dünәnki ona az olub, әlavә elәyәrik, – bir kişi
qәzәblә bunu deyib, eyvandan tәbibi sәslәdi. Bu adama neçә
gün idi ki, başağrısı әziyyәt verirdi, heç kefi yox idi.
Tәbib onun yanına qalxıb soruşdu:
– Nә olub, şikayәtiniz nәdәndir?
– Başım ağrıyır, az qala dağılır başım.