Page 145 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 145
Revaz Miøveladze
Etiraf edim ki, bir az ucadan dedim, amma qızın pillәkәnlә
enmәk hәvәsi söndü. Belә düşünürәm, hәr şeyi düzgün etdim,
bununla belә, qayıdanda gördüm ki, yersiz hәrәkәtә görә
kürәyimә töhmәt yapışdırıblar.
Bu gün isә ikinci töhmәti verdilәr. Üçüncüdәn sonra, yәqin
ki, işdәn qovacaqlar.
Dünәn Veri mәhәllәsindәki Buxaidze adına uşaq bağçasına
baş çәkdik.
Aydın mәsәlәdir ki, mәn uşaq bağçasında çox sakit idim,
silahı heç qoruyucudan da çıxartmadım. Narahatçılıq üçün heç
bir әsas yox idi. Üç yaşından beş yaşına qәdәr olan uşaqlardır,
tәrbiyәçilәrin isә nә aksiyası, nә narazılığı ola bilәr ki?! Uşaq
müәssisәlәrinin işçilәri, ümumiyyәtlә, siyasәtә qarışmırlar, heç
müxalifәt dә onlardan dәstәk ala bilmir. Onların öz qayğıları
var. Şükür Allaha, yoxsa uşaq bağçaları vә körpәlәr evlәri
bağlanardı. Amma nә bilmәk olar bizi nә gözlәyir? Şeytanın
işini bilmәk olmaz...
Kiladze әvvәlcә işçilәrlә söhbәtlәşdi:
– Dostlar, siz yeni nәsli azad vә müstәqil Gürcüstan
ruhunda tәrbiyә etmәlisiniz...
Tәrbiyәçilәr isә sınıq patefon kimi elә hey tәkrar edirdilәr:
– Neçә aydır ki, nә kәrә yağı var, nә kәsmik...
Kiladze kәsmiyә vә kәrә yağına fikir vermәyib, öz sözünü
deyirdi:
– Yaşlı nәsil mәnәvi cәhәtdәn şikәst olub. Sovet hәyat tәrzi
bizim qәlbimizdә vә genimizdә sağalmaz izlәr qoyub. Bizi
düzәltmәk artıq mümkün deyil. Amma bu uşaqlar, bu nәsil
azad ölkәnin azad vәtәndaşları kimi böyümәlidirlәr!.. 145
– Axı onlar yağsız vә kәsmiksiz necә böyüyә bilәr? – bul-
doq sifәtli qoca direktor inadkarlıqla deyinirdi.
Kiladze hәyәcanla ona baxır, mәktәbәqәdәr tәrbiyә
müәssisәlәrinin yenidәn qurulması haqqında danışmağa
davam edirdi.
Bu vaxt üç yaşlarında olan bir qaragöz oğlan divarın
yanında toplanmış uşaqlardan aralanıb hiylәgәr addımlarla,