Page 141 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 141
Revaz Miøveladze
ÜÇÜNCÜ TÖHMӘTİN
İNTİZARINDA
izim işimizdә susmağa vә ya az danışmağa üstünlük
Bverilir. Xinqava yuxarıda telefonun dәstәyini qal dırır,
astaca iki kәlmә deyir: “Üçüncü çıxır!..” “Üçüncü” – Ki-
ladzedir.
Mәn Kiladzenin mühafizәçilәrindәn biriyәm.
Әlbәttә, çox maraqlı, lakin yorucu işdir. Bütün günü bur-
nunu otaqdan bayıra çıxara bilmirsәn. Başa düşürәm ki, dövlәt
sirrini açıram, amma danışmağa başladımsa, onu demәliyәm
ki, biz cәmi iyirmi beş nәfәrik.
Ümid edirәm, andımı pozub mühafizәçilәrin sayını açıq -
ladığıma görә günahımdan keçәrlәr; özümә onunla tәsәlli
verirәm ki, mәnim açıqlamam olmasa da, bunlar Kremlin
kәşfiyyatına mәlumdur; bilmәyәnlәr isә bu informasiyadan
heç istifadә dә edә bilmir.
Biz geniş bir otaqda otururuq. Lap çatlasan da, otağın
nömrәsini demәrәm. Deyәsәn, bu otaq әvvәllәr kitabxana
olub. Ona görә bunu deyirәm ki, yorulub әldәn düşәndә
ayağımızı uzadıb boş rәflәrә qoyuruq.
Yuxarıda dәstәk qaldırılanda bizim otaqda telefon zәng
çalır vә qırımızı lampa yanır.
Qeyd etmәliyәm ki, Xinqava “üçüncü” haqqında nisbәtәn
soyuqqanlılıqla mәlumat verir.
Artıq dedim ki, mәn onu mühafizә edәn qrupdayam. 141
Bu gün Xinqava mәnә ikinci töhmәti elan etdi.
Günorta “üçüncü”nü nahara aparmışdıq. Qayıdanda stolun
üstündә әmr gördüm: “Nәzakәtsiz davrandığına görә
Çepiyaya töhmәt elan edilsin!”.
Başa düşdüm nәyә görә mәnә töhmәt elan olunub, ona
görә dә aydınlaşdırmaq üçün yuxarı qalxmadım.
Demәliyәm ki, bizimkilәr narahat adamlardır, bunlara görә
iki hәftә әvvәl birinci töhmәti yapışdırdılar, dünәn isә ikin-