Page 56 - Danilenko
P. 56
Vladimir Danilenko

özümә yazığım gәldi. Hәr şey qurtardıqdan sonra anam

paltarını sәliqәyә saldı, saçlarını düzәltdi. Çox mәmnun

görünürdü, üz-gözündәn xoşbәxtlik yağırdı. Onu tanıya bil-

mirdim, birdәn-birә cavanlaşmış, sanki başqa bir qadın ol-

muşdu. Tövlәdә gördüklәrim bütün hәyatımı zәhәrlәdi. Bu

hadisәni heç vaxt xatırlamırdım. İndi oturub bunu danışarkәn,

başa düşürәm ki, anam bütün hәyatı boyu mәhz bu cür çılğın,

ehtiraslı sevgi arzusundaymış. Ona atam kimi nәzakәtli, әdәb

qaydalarını gözlәyәn, nәvazişkar әr yox, coşqun, hәrarәtli, ro-

mantik sevgili lazımmış. Anam hiss edirdi ki, onun tempera-

menti mәnә dә keçib, odur ki, mәni nәticәsi bәlli olmayan

sevgi-mәhәbbәt macәralarından çәkindirmәyә, böyük ehti-

raslardan qorumağa çalışırdı. Bilirdi ki, böyük etirasların axırı

yaxşı qurtarmır, gec-tez böyük әzablara düçar olursan. Erkәn

yaşlarımdan anam mәnә öz hisslәrimә hakim olmağı öyrәdir,

nizam-intizamlı olmağı tәlqin edirdi. Mәn hәm böyük hisslәrlә

yaşamaq istәyir, hәm dә onlardan qorxurdum. Bu isә ruhumu

incidir, mәnә olmazın әzablar verirdi. İçimdәki sevgi atәşini

söndürmәyә, rahibә kimi yaşamağa mәcbur idim. Başqa kişilәr

haqqında düşünmәyә belә qorxurdum. Özümü bәdbәxt hiss

edirdim. Nәhayәt, günlәrin bir günü, arzuladığım hәyata

qovuşduqdan sonra başa düşdüm ki, illәr uzunu içimdә

yığılmış yay açılaraq, ürәyimi yaralamağa başlayır. Biz yalnız

kәnardan xoşbәxt, hәtta ideal ailә kimi görünürük. Әslindә,

Faddey dә, mәn dә bәdbәxt adamlarıq. Nә ayrıla bilirik, nә dә

xoşbәxt olmaq imkanımız var. Bunu ikimiz dә başa düşürük,

bir-birimizә yazığımız gәlir, ona görә dә, tanışlığımızın ilk

vaxtlarında bizi birlәşdirәn şeylәri qaytarmağa çalışırıq.

56 İstәmirik ki, Nastenkanı mәktәbdә Zosya Bobel kimi
gözümçıxdıya salsınlar. Bizә kömәk elәyә bilәrsinizsә, xahiş

edirәm, әlinizdәn gәlәni әsirgәmәyәsiniz, sizә borclu qalmarıq.

Aleksandr Mendel susub, göz yaşlarını güclә saxlayan,

tez-tez burnunu çәkәn yaraşıqlı, cazibәdar qadının üzünә

zillәnmişdi.
   51   52   53   54   55   56   57   58   59   60   61