Page 59 - Danilenko
P. 59
Tarnovskilər malikanəsindəki kölgələr 59

– Arxaya baxmayın. Bu kuklanı oğurlayacağam.
Heyrәtdәn yerimizdә donub-qalmışdıq. O, bir göz qırpı-
mında kuklanı çantasına qoydu vә heç nә olmayıbmış kimi,
dükandan çıxdı.
– Sәn neylәdin?! – Qodzi hirslәndi. – Әlә keçsәydin, müәl-
limimiz, mәktәb, hamımız biabır olacaqdıq. Satıcılar milisә
xәbәr versәydi, alәm bir-birinә dәyәcәkdi. Әlinә qandal vurub
milis şöbәsinә aparacaq, protokol tәrtib edәcәkdilәr. Mәktәbә
kağız göndәrәcәkdilәr. Bu kuklanı niyә oğurladın?
– Әcәb elәdim. Ürәyim istәdi, oğurladım, – qız belә cavab
verdi.
Onun qara gözlәrinә baxdım, orada o qәdәr çox günah
gördüm ki, tüklәrim biz-biz oldu. Әvvәllәr ona fikir vermә-
mişdim. Bu oğurluq hadisәsi onu mәnim gözlәrimdә ucaltdı.
Mәnim üçün o, qanun-qaydanı pozmuş qadın idi. O, uşaq-
lıqdan valideynlәrimizin, nәnә-babalarımızın beynimizә yer-
itdiyi qaydalara mәhәl qoymadan, sәrbәst davranmış, necә
deyәrlәr, cızığından çıxmışdı.
– Sizә tәәccüblü gәlәn nәydi?
– Onun qorxuya vә abır-hәya hissinә qalib gәlmәsi.
– Bәs sonra nә oldu?
– Sonra hamı dükandan çıxdı. Müәllim heç nә hiss etmә-
mişdi. Ümumiyyәtlә, mәndәn vә Qodzidәn savayı, onun oğur-
luq etdiyindәn heç kәs xәbәr tutmadı. Svyatiklә mәn şoka
düşmüşdük. Oksana Dron mәktәbdә heç nәylә seçilmirdi, adi
qız idi. Bu hadisәdәn sonra mәnim bütün erotik fantaziyala-
rımın mәrkәzindә mәhz o qız dayanırdı.
– Onu necә tәsәvvür edirdiniz?
– Tәsәvvür edirdim ki, o, mәni evimizin zirzәmisinә gә-
tirir, itәlәyib çirkli döşәyin üstünә yıxır, paltarımı çәkib әynim-
dәn çıxarır vә bic-bic gülümsünәrәk, gözlәrini qırpmadan
üzümә baxır:
– İstәyirsәn?
Yuxularımda da onu görürdüm. Dәfәlәrlә olub ki, onun bә-
dәninin tәmasından, nәfәsinin istisindәn yuxudan ayılmışam.
– Onunla intim münasibәtiniz olub?
   54   55   56   57   58   59   60   61   62   63   64