Page 61 - Danilenko
P. 61
Tarnovskilər malikanəsindəki kölgələr 61

tez başqa şәhәrә, rәfiqәsinin yanına gedir. Sonra kimsә sizin
qulağınıza pıçıldayır ki, onun aşnası var, siz özünüzә yer
tapmırsınız, әzab çәkirsiniz, qısqanclıq hissi sizә rahatlıq ver-
mir, başqa kişilәrlә ağızlaşır, haqq-hesab çәkirsiniz. Belә
elәdikcә Oksana Dron sizdәn daha da uzaqlaşır, soyurur, sizә
nifrәt etmәyә başlayır. Nәhayәt, günlәrin bir günü, qalmaqal
salıb, başqa kişinin yanına gedir.

– Niyә sizә elә gәlir ki, hadisәlәr mәhz bu şәkildә cәrәyan
edәcәk?

Parket Mendelin ayaqları altında cırıldadı, o yenidәn yum-
şaq kresloya әylәşdi.

– Sizin qadın idealınız varmı? Elә bir qadın ki, bütün qa-
dınları әvәz elәsin…

– Mәn ehtiraslı, amma hisslәrini gizlәdә bilәn qadınları
sevirәm. Hәyatım boyu belә bir qadın arzulamışam. Ailәdә
әdәb-әrkan qaydalarını gözlәyәn, amma yataqda pozğun,
әxlaqsız…

– Siz soyuq alov vә ya qaynar buz arzulayırsınız? –
Mendel istehzayla gülümsündü.

Faddey hiss etdi ki, belә getsә, bu adam onu cin atına
mindirәcәk. Onun ailә problemindәn istifadә edib, Kiyev pro-
fessorunun aylıq maaşından iki dәfә çox pul qazanan, amma
heç bir nәticә әldә etmәyәn Mendelә acığı tutdu.

– Qulaq asın, – Faddey hirslә divandan qalxdı, – Starovok-
zalnıya gәlib-getmәkdәn boğaza yığılmışam. Nә qәdәr gedib-
gәlmәk olar? Onsuz da, hәr şey әvvәlki kimidir, heç nә
dәyişilmir. Әgәr әlinizdәn başqa heç nә gәlmirsә, daha qısa vә
sәmәrәli terapiya üsulu bilmirsinizsә, gәlin, elә bu dәqiqә
razılaşmanı pozaq. Artıq bezmişәm! Doğrudan da, bizim prob-
lemimizin sәbәbini bilmәk istәyirsinizsә, sizә deyә bilәrәm.
Onunla olanda darıxıram, ürәyim sıxılır, vәssalam! Düzgün
adamdır, söz yox, amma maraqsızdır!

Faddey hirslә otaqdan çıxdı, dәhlizdә aşağı әyilib, ayaq-
qabılarını geyinmәyә başladı.

– Dayanın, – Mendel sanki yuxudan ayıldı. Faddeyi
qapının önündә haqlayıb, qolundan tutdu. – Әnәnәvi seanslar
   56   57   58   59   60   61   62   63   64   65   66