Page 66 - Danilenko
P. 66
Vladimir Danilenko
aparan taxta pillәkәn vardı. Hәr yerdә adamlar gözә dәysә dә,
evin yiyәsiz-sahibsiz qaldığı dәrhal nәzәrә çarpırdı. Zal yerli
hәvәskar nәqqaşların әsәrlәri vә Ukrayna mәnşәli rus
rәssamların reproduksiyaları ilә dolu idi. Burada Nikolay Qe
vә İlya Repinin әsәrlәrinin surәtinә dә rast gәlmәk olardı.
Qızıldişli ekskursiya rәhbәrindәn soğan iyi gәlirdi. Onun
danışdıqlarında maraqlı heç nә yox idi – Roman Bey bunları,
onsuz da, bilirdi. Bey bunu dilә gәtirәndә qadın qızarıb-pörtdü,
soruşdu ki, Bey bunu hardan bilir.
– Burada XVII-XIX әsrlәr mülkәdar mәişәtini nümayiş
etdirәn yaxşı muzey düzәltmәk olardı, – Bey qadının qolundan
yüngülcә tutub dedi.
Georgi kilsәsindә dәmir qapını açıb, onlara kriptanı da
göstәrdilәr. Burada Tarnovskilәrin ailә sәrdabәsi yerlәşirdi.
– Bәs Tarnovskilәrin qәbri hardadır? – Alla maraqlandı.
– 1935-ci ildә buranı yetimlәr üçün sığınacağa çevirmiş-
dilәr. Onlar sәrdabәni uçurub, sümüklәri dağıdıblar, – ekskur-
siya rәhbәri cavab verdi.
– Burada kimlәr dәfn olunub? – Faddey soruşdu.
– Qriqori vә Anna Tarnovskilәr. Әr-arvad eyni gündә, altı
saat fәrqlә dünyaya göz yumub.
– Yaxşı, bәs mәrhumların nәşi hanı? – Alla sakitlәşmәk
bilmirdi.
– Kim bilir? Hardasa, buralarda olmalıdır, – qadın әliylә
malikanәni göstәrdi. – Bәzәn sәhәrlәr burada kölgәlәr dolaşır.
Deyirlәr, bunlar Tarnovskilәrin ruhudur.
Onlar sәrdabәni tәrk edib, xiyabana doğru getdilәr.
– Bahalı kolleksiyalar toplamaq hәvәsi, saysız-hesabsız
66 ziyafәtlәr, şәnliklәr, qonaqlıqlar Tarnovskilәri müflis etdi.
1897-ci ildә onlar malikanәni şәkәr zavodunun sahibi Pavel
Xaritonenkoya satmalı oldular, – ekskursiya rәhbәri nazlana-
nazlana dedi. Hiss olunurdu ki, özünü Roman Beyә bәyәn-
dirmәk istәyir. – Bax, kilsәylә sarayı birlәşdirәn bu xiyaban
indi sarı yarpaqlarla örtülüb. Amma Xaritonenko qızını әrә
verәndә, bu yola şәkәr tozu sәpmişdilәr, çünki bәylә gәlin