Page 63 - Danilenko
P. 63
novskilər malikanəsindəki kölgələr
– Tәxmin edirәm, – Mendelin üzündә müәmmalı ifadә
yarandı.
11 63
Pәncәrәdәn tutqun, kәdәrli payız mәnzәrәsi görünürdü.
Yarpaqları saralmış ağaclar ağsaçlı qadınları xatırladırdı. Sol-
ğun günәş artıq torpağı isidә bilmirdi. İsti hava, çiçәklәrin әtri,
quşların şәn cikkiltisi – bunların hamısı xatirәyә çevrilmişdi.
Qara “Rolls-Royce”un arxasınca irәlilәyәn ağ avtobus daş-
kәsәkli torpaq yolda atılıb-düşürdü. Yol tamamilә dağılmışdı,
sanki buradan az öncә böyük bir ordu keçib getmişdi.
– Bizi niyә buraya çәkib gәtirdiniz? – Alla sükutu pozdu. –
Kaçanovkanın1 adı heç xәritәdә dә yoxdur.
Faddey Şvaqulyak sakitcә oturub siqaret çәkirdi. Alek-
sandr Mendel isә gözünü pәncәrәyә zillәyib susurdu.
– Kaçanovkadakı malikanә mistik yerdir, insanların hisslә-
rini cuşa gәtirir, onlarda erotik istәk oyadır, – Roman Bey
yerindә qurcuxdu, sanki maşının salonu daha da darısqallaşdı. –
Vaxtilә Rus imperiyasının görkәmli insanları burada dincәlir,
vaxt keçirirmiş. Mәşhur yazıçılar, rәssamlar, bәstәkarlar
Kaçanovkaya toplaşır, üç ay, bәzәn hәtta yarım il burada
qalırmışlar.
– Qonorarlarını havaya sovururmuşlar? – Alla pıqqıldadı.
– Elә bilirsiniz, onlar burada pul xәrclәyirdilәr? – Bey
fısıldadı.
– Xәrclәmirdilәr?..
– Onlar qonaq kitabçasına avtoqraf qoymaqla kifayәtlәnir-
dilәr. Mәşhur qonaqların avtoqrafı… Bahalı yemәk-içmәk
mәclislәri malikanә sahibinә, doğrudan da, baha başa gәlib.
Malikanә iflasa uğrayıb. Tarnovskilәr öz qonaqpәrvәrliyinin
qurbanı olub.
– Tarnovskilәr çox varlıydılar?
– Doqquz min tәhkimçi kәndli, Kiyev, Çerniqov vә
Poltava quberniyalarında torpaqlar, at, şәkәr vә araq zavodları.
Tarnovskilәr çox varlı insanlar olub.
1Kaçanovka – Çerniqov vilayәtindә kәnd