Page 54 - Danilenko
P. 54
Vladimir Danilenko
xәyanәtini gizlәtmişdi. Bәs ananızın başqa kişilәrlә münasibәti
necәydi? Sizi tәәccüblәndirәn, heyrәtә salan münasibәtlәri
nәzәrdә tuturam.
Alla hәmişәlik unutmaq istәdiyi hadisәni danışmağı qәrara
aldı. Bu hadisә onun kövrәk uşaq qәlbindә ilk sevgi filmindәn,
sevgilisini әsgәrliyә yola salan qızların ehtiraslı öpüşlәrindәn
dә dәrin iz buraxmışdı.
– Mәnә elә gәlir ki, sizin darıxdırıcı ailә hәyatınızda
yaşadığınız problemlәrin hәllini ananızın davranışında axtar-
maq lazımdır, – Mendel qәtiyyәtsiz sәslә dedi. Onun sәsi
Stalin dövründә meşin gödәkcәli adamların tez-tez baş çәkdiyi
bu köhnә evin divarlarında әks-sәda verdi.
– Bu haqda danışmaq istәmirdim, – Alla cavab verdi, –
amma özüm vә anam haqqında, yerli-yersiz, o qәdәr şeylәr
danışmışam ki, artıq gecdir. Düşünürәm ki, özümün dә
xatırlamaq istәmәdiyim hadisәni sizә danışsam yaxşıdır.
Dediyim kimi, anam qapançı işlәyirdi. Yaxşı yadımdadır, anam
böyük yük maşınlarını nәhәng tәrәzidә çәkir, dәftәrçәsindә
qeydlәr aparırdı. Mәn onun yanında oynayır, tәrәzinin
platformasının üstünә çıxan maşınlara baxır, sürücülәrin
anamla söhbәtlәrinә qulaq verirdim.
Yay vaxtı idi, qaranquş balaları yenicә qanadlanıb, öz
yuvalarını tәrk etmәyә başlamışdılar. Mәn böyük tәrәzinin
yanında oynayırdım. Hava çox istiydi, bürküdәn nәfәs almaq
olmurdu. Su quyusunun yanındakı novcuqda sәrçәlәr çimirdi.
İtlәr ağacların kölgәsindә dillәrini çıxarıb lәhlәyirdilәr. Mәn
sahibsiz pişiklә oynayırdım. Elә bu vaxt mehtәr anamı sәslәdi:
– Ksena, buraya gәl!
54 – Heç yerә tәrpәnmә! – anam dedi. – İndi gәlirәm.
O, güzgüyә baxdı, saçlarını düzәldib getdi. Onun at
tövlәsinә girdiyini gördüm. Mehtәr onun arxasınca gedirdi. Bir
az pişiklә oynayandan sonra darıxdım, anamın yanına getmәk
istәdim.
– Burada qal, – pişiyә dedim. – Birazdan gәlirәm.
Tövlәyә sarı getmәyә başladım. Toz-torpaq sәndәlimin
deşiklәrindәn içәri dolub, ayaqlarımı qıdıqlayırdı. Ağcaqayın