Page 53 - Danilenko
P. 53
Tarnovskilər malikanəsindəki kölgələr 53

qarğaları ürkütdü. Paul qollarını yana açıb, üzüqoylu yerә
yıxıldı. Qız onun geniş açılmış gözlәrini, qana bulaşmış almanı
duman içindәymiş kimi görürdü. Onun gülә-gülә dediyi son
sözlәr qulaqlarında sәslәndi:

– Danke, Ksena!
Әtrafı sükut sarmışdı. Paulun geniş açılmış gözünә böyük,
yaşıl bir milçәk qonduğunu görәn qız bәrkdәn qışqırdı. Elә
bәrk qışqırdı ki, öz sәsini özü dә tanımadı. Blinov çәkmәsinin
burnuyla onu itәlәyib, Pauldan uzaqlaşdırdı.
– Axmaq xoxol! İtil buradan!
Qaça-qaça güllә sәsinә gәlәn gәnc leytenantın sәrt sәsi
eşidildi:
– Atәş açan kim idi?
– Yefreytor Blinov! – Blinov çәkmәsinin dabanlarını bir-
birinә vurub, zabitin üzünә zillәndi.
– Blinov! Zәhrimar… – leytenant bәrkdәn söyüş söyüb,
papağını çıxardı vә tәrlәmiş alnını sildi. – Mülki adamları
uzaqlaşdırın! Cәsәdi basdırın!
İricüssәli әsgәrlәrdәn biri Ksenanın әlindәn tutub, hadisә
yerindәn uzaqlaşdırdı. Qız ayaqlarını sürüyür, tez-tez arxaya
boylanırdı. Әsgәrlәr yolun ortasındaca dayaz xәndәk qazdılar;
Paulun cәsәdini sürüyüb xәndәyә saldılar vә torpağı
döyәclәyib bәrkidәndәn sonra üzәrindәn daş döşәmәyә
başladılar.
Ertәsi gün yenicә daş döşәnmiş yolda әsgәrlәr vә әsirlәr
Paulun gözlәri rәngindә, mavi gül dәstәsi gördülәr.
Alla susub, Mendelin üzünә baxdı. Mendel gözlәrini
qırpmadan, döşәmәdәki hansısa nöqtәyә zillәnmişdi. Sanki
oradan Kseniya Raçkovskaya haqqında hekayәtin davamını
oxumaq istәyirdi. Nәhayәt, o, gәrnәşdi, әliylә ağzını tutub
әsnәdi.
– Danışdıqlarınızdan belә qәnaәtә gәlmәk olur ki, ananız
kişilәrlә romantik münasibәtlәr qurmağa üstünlük verirmiş.
Onun alman әsiri ilә yaşadığı sevgi macәrası yeniyetmә
hәyatının sәrgüzәştidir. Bәs, sonrakı intim hәyatı haqqında nә
bilirsiniz? Belәliklә, atanız dilә-dişә düşmәmәk üçün ananızın
   48   49   50   51   52   53   54   55   56   57   58