Page 84 - "Zəfər və ilğım"
P. 84
du. Әhvali-ruhiyyәsi pozulmuşdu. Yalnız Dostoyevskinin adı
çәkilәndә fikrini cәmlәyә bildi. Dostoyevskinin “İdiot” vә
Soljenitsının “Kreçetkovka stansiyasında hadisә” әsәrlәrin-
dәn parçaların sәhnә versiyasını xüsusi diqqәtlә izlәdi. Tama-
şalarda oynayan mәzunları – Viktor Samoylovla Vladimir
Nasonovu ona tәriflәmişdilәr. Hәr ikisinin oyununu bә-
yәndi. Xüsusәn dә, Samoylov xoşuna gәlmişdi. Tamaşadan
sonra Kumir Borisovla birgә sәhnә arxasına gәlib hamıya
tәşәkkür etdi, “özününkü”lәrin isә, hәtta әlini dә sıxdı. Mә-
zunlar mәmnun idilәr – rejissorun onlara әl vermәsinin yax-
şı әlamәt olduğunu bilirdilәr, birdәn-birә populyarlaşmış
teatra dәvәt olunacaqlar.

– Hә, necәdir? Uşaqların oyununu bәyәndin? – Bәdii
rәhbәr Kumirlә vidalaşarkәn soruşdu.

– Tolya, bu ikisini götürürәm. Cәmisi iki yerim var. Sa-
moylovu sözsüz-sovsuz götürürәm, Nasonov barәdә isә hә-
lә düşünmәk lazımdır. Mәnә MK-da işlәyәn bir nәfәrin
qohumunu sırımaq istәyirlәr. Boyun qaçıra bilsәm, ikisini
dә götürәcәyәm. Әlavә heç nә elәyә bilmәrәm.

– Sәnә sırımaq istәdiklәri kimdir?
84 Kumir әyilib, hәmin adamın adını Borisovun qulağına

pıçıldadı. Qorxudan Borisovun gözlәri irilәndi, üzündә nara-
zı bir ifadә yarandı:

– Lәnәtә gәlmişlәr! Hara gәldi soxulurlar. Yaxşı, Nasonovla
bağlı sәnә nә vaxt zәng elәyim?

– Sabahkı baxış mәşqlәrdәn sonra, saat ikidә olacaq.
Sәn saat beş radәlәrindә zәng elәyәrsәn.

Görüşüb ayrıldılar, Kumir “Moskviç”ә әylәşib, evә sarı
istiqamәt götürdü. Moskva küçәlәrindә maşını bәrk sürürdü.
Hәmişә öyünürdü ki, lazım gәlәrsә, tәlimatçı işlәyә bilәr,
odur ki, yol hәrәkәti qaydalarına riayәt edirdi.

Vaxtanqov Teatrının yaxınlığındakı döngәdә fit sәsi eşidib
maşını saxladı. Milisioner rәsmi qaydada ona yaxınlaşdı – qarşı-
sındakının tanınmış adam olduğunu hiss elәmişdi. Üzünün
ifadәsi bir qәdәr yumşaldı, ancaq yenә dә sәsi sәrt çıxırdı.
   79   80   81   82   83   84   85   86   87   88   89