Page 86 - "Zəfər və ilğım"
P. 86
– Hәm dә teatrda, – Kumir cavab verdi.
– Özünüzü qoruyun. Ancaq bilin ki, enerjinin saxlanması
qanunu qaydalara riayәt etmәyi nәzәrdә tutur, onda sizi heç
kәs saxlamaz. Bu dәfә gedin, sizә şifahi xәbәrdarlıq edirәm,
yoldaş “kuban kazakı”.
Qәribәdir, milisionerlә söhbәt vә onun “qaydalara riayәt
etmәk” tәklifi Kumirin yaddaşına hәkk olundu, sonralar bu
görüşü dönә-dönә xatırlayırdı.
Lüsinin yanında “dәyirmi masa”
Evә xeyli adam toplaşmışdı. Qonaqlar qızardılmış qızıl
balığa daraşmışdı, balıq yeyir, üstündәn ağ şәrabla ermәni
konyakı içirdilәr. Onları sәrxoş vәziyyәtdә görәn Kumir
indi repertuar barәdә danışmağın yeri olmadığını fikirlәşdi.
“Zәmanәmizin qәhrәmanı” tamaşası alınmamışdı, indi
Brextin “Sezuanlı xeyirxah” әsәrindәn geri qalmayan bir
tamaşa hazırlamaq lazım idi. “Zәmanәmizin qәhrәmanı”nın
86 uğursuzluğu özünә inamını sarsıtmışdı. Belә mәqamda ira-
dәsini möhkәmlәtmәk üçün ona dostlarının dәstәyi lazım
idi. Әn çox Erdmanla mәslәhәtlәşirdi, o, heç vaxt öz kömә-
yini әsirgәmirdi. Kumir “Zәmanәmizin qәhrәmanı” әsәrinin
sәhnә versiyasından razıydı, Erdman pis işlәmәmişdi,
Kumirin narazı olduğu adam elә onun özü idi, uğurlu tamaşa
hazırlaya bilmәmişdi. Qonaqların arasında Nikolay Robertoviç
gözә dәymirdi. Hә, axı o, hay-küylü mәclislәri sevmir.
Teatr ekspertlәrinin sayılıb-seçilәn nümayәndәlәri dәvәt
olunmuşdu. Qonaqlardan bir neçәsi pәncәrәnin önündәki
divanda oturub, nә barәdәsә qızğın mübahisә edirdi, digәrlәri
siqaret çәkmәk üçün eyvana çıxmışdı.
Ev sahibini görәn qonaqlar yenidәn stol arxasına keçdilәr,
içkilәr süzüldü, hay-küy çoxaldı. Elә bu vaxt Kumirin mәş-