Page 91 - "Zəfər və ilğım"
P. 91
Kumir çәngәl-bıçağı stolun üstünә qoydu, salfetlә ağzını
silib, sakit sәslә danışmağa başladı:

– Çoxdandır ki, Con Ridin “Dünyanı sarsıdan on gün”
kitabı әsasında tamaşa hazırlamaq istәyirәm.

– Axı orada dramaturgiya yoxdur! – tarixçi etiraz etdi.
– Dayan, Loqinov! – kiminsә sәsi eşidildi. Qonaqlar
hay-küylә müzakirәyә başladı.
– Dramaturgiya yoxdursa, özümüz tәşkil edәrik, – sәrxoş
rәssam Dorer qışqırdı.
– Mәn polemik tamaşa qoymaqla teatr alәmindәki yek-
nәsәqliyi pozmaq istәyirәm, – Kumir әl-qolunu ölçәrәk sö-
zünә davam etdi, – tamaşa dünyanın әn yaxşı teatrı –
MXAT-ın әleyhinә qoyulacaq. Tamaşanın kitabla heç bir
bağlılığı olmayacaq. Bu, pantomima da daxil olmaqla, әn
müxtәlif janrları özündә birlәşdirәcәk. Lenin vә ya onun
sәsi, kölgә teatrı, sirk vә buffonada… Mәn sәhnәnin bütün
imkanlarından istifadә etmәk fikrindәyәm.
Hamı alqışladı, әllәr qәdәhlәrә uzandı. Gözlәnilmәdәn
kiminsә yoğun sәsi başqalarının sәsini batırdı.

91

“Dünyanı sarsıdan on gün” tamaşası, 1965-ci il, foyedə
oxuyurlar: V.Zolotuxin, O.Kiselyov, B.Butkeev, V.Vısotski
   86   87   88   89   90   91   92   93   94   95   96