Page 89 - "Zəfər və ilğım"
P. 89
Arvadının nitqi tәsirli alındı – hamı Kumirә diqqәt kә-
sildi.

– Boris Leonidoviç vә Nikolay Robertoviç (Tәәssüf ki,
o, bu gün gәlә bilmәyib.) haçansa mәni Voznesenski ilә ta-
nış elәmişdilәr. Yeri gәlmişkәn, bugünlәrdә Lüsyayla mәn
Politexnik İnstitutunda onun görüşündә olduq. Voznesenski,
Yevtuşenko, Axmadulina, Rojdestvenski… hamı oradaydı.
Әla görüş idi! Andrey “Sezuanlu xeyirxah ”ın premyerasına

89

“Zəmanəmizin qəhrəmanı” tamaşası, 1964-cü il, Peçorin –
N.Qubenko, Vera – A.Demidova

da gәlmişdi. Mәndәn soruşdu ki, “nә kömәyim dәyә bilәr?”.
Ona dedim, qoy gördüklәri barәdә fikir söylәsin, desin ki,
bu tәşәbbüsü dәstәklәmәk lazımdır. O, öz fikirlәrini dәrhal
müxbirlәrә söylәdi. Niyә uzaqdan başladım – biz Voznesen-
skinin “Antidünyalar” әsәrini tamaşaya qoymağa hazırlaşı-
rıq.

– Gözәl ideyadır, – puşkinçi onun sәsinә sәs verdi, –
Andrey әn yaxşı şairlәrimizdәndir, Yuri Kazakov dә nasirlә-
rin arasında seçilir.

– Mәnә dә elә gәlir, – Kumir razılaşdı, – poetik tamaşa-
lar, şeir axşamları tәşkil etmәk lazımdır. Bunun şәrti adını
   84   85   86   87   88   89   90   91   92   93   94