Page 87 - "Zəfər və ilğım"
P. 87
arvadı Lüsya mәtbәxdәn çıxdı. O, әlindә yemәklә dolu 87
sini tutmuşdu. Lüsya әrini görәn kimi qonaqlara sәslәndi:

– Ey, tiryәkilәr, içәri gәlin, – üzünü eyvana tutub çığırdı, –
oturun, oturun… Yura gәldi! Gәlin birlikdә içәk, – o, әlin-
dәki sinini stolun ortasına qoydu. – Kim dil istәyir? Buyu-
run, doğranmış dil! Yaxın gәlin! Әylәşin! Yura, nә durmusan,
qonaqları çağır, özün dә bura әylәş.

Qadın qıvraq hәrәkәtlә onun saçını sәliqәyә saldı, sü-
zülmüş boz sviterinin qatlanmış yaxasını düzәltdi.

Nәhayәt, hamı stol arxasına keçdi. Ağız deyәni qulaq
eşitmirdi, deyә-gülә özlәrinә içki süzür, ev sahibini salam-
layırdılar.

– Hamınızı salamlayıram, – Kumir ucadan sәslәndi, –
sizi görmәyә şadam, gecikdiyimә görә bağışlayın.

– Yura, biz burada boş oturmurduq, – arvadı cavab verdi, –
gördüyün kimi, mәclis qızışıb. Buyurun, dilin dadına baxın,
Dezik, sәn dil istәyirdin, al, dadına bax!

– Yura, Şukin mәktәbinin buraxılış tamaşalarına baxdın? –
puşkinçi Yermilov ucadan soruşdu, – bәlkә, ikinci Qubenko
peyda olub, xәbәrimiz olsun.

– Hә dә, orada Qubenkonu klonlaşdırırlar, – sәrxoş kişi
sәsi eşidildi.

– Ağır gün idi, – süfrә arxasında әylәşmiş qonaqlara göz
gәzdirәn Kumir dillәndi, – әvvәlcә teatr mәktәbinin gәnc
istedadlarının sәhnә işlәrinә tamaşa etdim, sonra az qala
milisә düşәcәkdim. Yol müfәttişi saxlamışdı. Buraya
tәlәsirdim... Şükür, yaxşı milisionerlә rastlaşmışdım. Yeri
gәlmişkәn, dedi ki, yollarda әn çox problem yaradan Siyasi
Büronun üzvlәridir. – Onun sözlәri şәn hay-küylә qarşılandı
vә sәslәr kәsilәndәn sonra Kumir sözünә davam etdi. –
Dedim, Siyasi Büro mәnә dә başağrısı yaradır. Onda ağıllı
leytenant öz milis müdrikliyi ilә qayıtdı ki, enerjinin saxlanması
qanunu – qaydalara riayәt etmәyi nәzәrdә tutur.

– Yura, sizin kimi rejissor qaydalarla hәrәkәt elәyә bil-
mәz, – şair Dezik höcәtlә dedi, – bu absurddur!
   82   83   84   85   86   87   88   89   90   91   92