Page 82 - "Zəfər və ilğım"
P. 82
Yuri Lübimov oğlu Nikita ilə birlikdə, 1981-ci il

82

Kadrlar hәr şeyi hәll edir

“Moskviç” qovaq tükcüklәri vә maşınlarla dolu Moskva
küçәsiylә irәlilәyirdi. Topa-topa ağ tükcüklәr maşının ön
şüşәsinә qonurdu. Sürücü tәlәsirdi.

Maşın Vaxtanqov döngәsinә çatıb, Şukin adına teatr
mәktәbinin yanında dayandı. Bu gün Şukin mәktәbinin
dördüncü kurs tәlәbәlәrinin hazırladığı tamaşalar nümayiş
etdirilmәliydi.

Son kursun bәdii rәhbәri Borisov onun köhnә dostuydu.
Tamaşalara rejissorlar vә teatrların direktorları da dәvәt
olunmuşdu. Kumir ağzınacan dolu zala gәlib, Borisovla ya-
naşı әylәşdi.
   77   78   79   80   81   82   83   84   85   86   87