Page 92 - "Zəfər və ilğım"
P. 92
– Avazınız yaxşı gәlir, – Dostoyevski yaradıcılığının
tәdqiqatçısı etiraz sәsini ucaltdı. Ayaq üstә güclә dayanırdı, –
amma o deyil, o deyil… Bu, buffonado oyunları Meyerxol-
du vә “Göy köynәk”i xatırladır. Brextin gücü nәdәdir:

Sıraya düzülüb qoyunlar,
Guruldayır barabanlar…

“Sezuanlı xeyirxah” olduğumuz bataqlığa sәs saldı, hәyә-
can siqnalı kimi sәslәndi. – O, süfrә arxasında әylәşәnlәrә
göz gәzdirib, pıçıltıya keçdi. – Artıq bu hakimiyyәtә dözmәk
mümkün deyil. Vәtәndaş estetlәr, başa düşün, Rusiya ağlını
itirir! Bütün bunlar mentalitetimizә uyğun deyil vә haçansa
mәhv olub gedәcәk! Dostoyevskinin “Cinayәt vә cәza”,
Sergey Yeseninin “Puqaçov” әsәrlәrini sәhnәlәşdirmәk la-
zımdır. Hakimiyyәtin tәbiәtini izah edәn tamaşalar qoyul-
malıdır. Özü dә, tәkcә bolşevik hakmiyyәtinin yox, ümu-
miyyәtlә, xalqı әzәn qeyri-legitim, totalitar hakimiyyәtlәrin
tәbiәtini.
92 Hamı qorxudan sәsini içinә çәkdi, bu sükutu natiqin qu-
laqbatıran, coşqun mahnısı pozurdu:

“Hakimiyyət yolda gəzişir…
Bir cəsəd uzanıb yolda!
A-a! Bu, xalq imiş ki!”

Yoğunsәsli “vokalçı” mahnını bitirәn kimi, gözәl Lüsya
yerindәn dik atılıb, gül ağzını açdı, nә açdı. Söyüşün biri
bir qәpik. Qonaqlar qorxudan sanki oturacaqlara yapışmışdı.
Lüsya çıxışının birinci hissәni bitirәndәn sonra bir qәdәr
sakitlәşdi.

– Nә axmaq adammışsan, Koryaka! Nә danışdığının
fәrqindәsәn? İstedadlı adamsan, amma ağzına gәlәni danışır-
san. Yәqin ki, partiya üzvüsәn, ancaq… yüz ildir dinlәnilәn
   87   88   89   90   91   92   93   94   95   96   97