Page 97 - "Zəfər və ilğım"
P. 97
ın. O yerlәr cangüdәnlәr üçün ayrılmışdı, ancaq o,yalnız
bir nәfәrlә gәlib.

Özlәrini göyün yeddinci qatında hiss edәn tәlәbәlәr boş
yerlәrә keçib, Molotovun arxasında әylәşdilәr.

Tamaşa Lenin movzoleyinin görüntülәri vә qarovulun
әvәzlәnmәsi sәhnәsi ilә başladı. Molotov bütün vücudu ilә
irәliyә doğru әyildi, sanki Leninlә görüşmәk istәyirdi.
Nasonov özünü saxlaya bilmәyib, “hm” elәdi. O dәqiqә
cangüdәn arxaya çevrilib, sәrt baxışlarla onların üzünә
dikildi.

Get-gedә tamaşa bütün zalı sehrlәdi, tezliklә fәrdi
tәqaüdçünün cangüdәni vә DTK tәşrifatı ilә bağlı mәsәlәlәr
yaddan çıxdı. Tez-tez alqış sәdaları, gülüş sәslәri eşidilir,
digәr gözlәnilmәz reaksiyalar üzә çıxırdı.

“Dünyanı sarsıdan on gün” o qәdәr maraqlı alınmışdı ki,
elә bil bir göz qırpımında qurtardı. Tezliklә Dupak yenidәn

97

“Dünyanı sarsıdan on gün” tamaşası, 1965-ci il
   92   93   94   95   96   97   98   99   100   101   102