Page 101 - "Zəfər və ilğım"
P. 101
– Elә şey yoxdur! – Samoylov onun sözünü ağzında 101
qoydu. – Ancaq, belә böyük çıxmasın, fikirlәşdiyimi deyәcә-
yәm: mәn Kerenski rolunu oynamaq istәrdim.

– Aydındır, baş rolda oynamaq istәyir, – yenidәn Medved-
yevin sәsi eşidildi.

– No-o-lar, qoy arzulasın, – Lübimov dedi, – hәr şey
mümkündür. Yeri gәlmişkәn, bәzi rollara müsabiqә elan
olunacaq. Buyur, iştirak elә, razısan?

– Razıyam! – qızarıb-pörtmüş Samoylov cavab verdi.
– Elә isә, nәvәmi dә sizin yanınıza göndәrәrәm, – Molo-
tov söhbәtә qarışdı, – Olar, Yuri Mixayloviç?
– O nә sözdür, Vyaçeslav Mixayloviç, әlbәttә, olar. – Lü-
bimov gözlәnilmәdәn әlavә etdi: – Yeri gәlmişkәn, Vyaçes-
lav Mixayloviç, sizi payızda yeni premyeraya dәvәt etmәk
istәyirik. Oxşar mövzudur, tamaşa “Bütün suallara Lenin
cavab verir” adlanır.
Lübimov bunları deyәrkәn, tarixçi Loqinovun üzünә ba-
xır, sanki tәklifini onunla razılaşdırmaq istәyirdi.
Araya gәrgin sükut çökdü. Birdәn Vyaçeslav Mixayloviç
sakit sәslә, amma hamının eşidәcәyi şәkildә dedi:
– Bütün suallara heç İsa Mәsihin özü dә cavab vermәyib.
Qısa, amma çox tәsirli replika idi. Lübimov özü dә
karıxdı, ancaq tez özünü әlә alıb, heç nә olmayıbmış kimi
sözünә davam etdi:
– İstedadlı dramaturqlardan biri, yәqin onu tanıyırsınız,
Vyaçeslav Mixayloviç, Erdman…
– Bilirәm, bilirәm… “Mandat”ın müәllifi, böyük yu-
moristdir, – Molotov hәvәssiz cavab verdi.
– Elәdir. O, Yeseninin “Puqaçov” әsәrini sәhnәlәşdirmәyi
tәklif edir. Puqaçovla bağlı fikriniz nәdir, Vyaçeslav Mixay-
loviç?
– Onunla tanış deyilәm. Deyәsәn, türk agenti olub, ancaq
biz onu dәstәklәmişik. Çünki bizim adam olub. Yeseninә
   96   97   98   99   100   101   102   103   104   105   106