Page 103 - "Zəfər və ilğım"
P. 103
göstәrәcәk. Doğrudur, mәn tәqaüdçüyәm vә fikirlәrim 103
bu gün direktiv-filan deyil. Sizinlә sadәcә fәlsәfi mükalimә
apardıq, deyilmi?

Otaqdakılar hay-küylә onu alqışlamağa vә tәşәkkür et-
mәyә başladılar. Yaşının çoxluğuna baxmayaraq, Molotov
qıvraq hәrәkәtlә yerindәn qalxıb, görüş iştirakçılarına tәzim
etdi.

– Tamaşaya görә hamınıza tәşәkkür edirәm, biz getmәliyik.
O, Lübimovun әlini sıxdı vә Samoylovun yanından ke-
çәrkәn, gözlәnilmәdәn ona dedi:
– Sizә isә, cavan oğlan, uğurlar arzulayıram. Utanıb-çә-
kinmәyin, mәn dә әvvәllәr dram dәrnәyindә oynamışam,
sonradan, hәtta baş nazir oldum.
“Dünyanı sarsıdan on gün” әsәrinin növbәti tamaşasında
Viktor Samoylov binokl, diyircәkli qәlәm götürüb arxa sı-
rada әylәşdi vә sәhnәni izlәyә-izlәyә kiçik dәftәrçәsindә
qeydlәr aparmağa başladı. Lübimov onun bu mәşğuliyyәtini
“әdәbi tilsim” adlandırırdı.
Ertәsi gün rejissor Samoylovu yanına çağırtdırıb, dedi
ki, ona iki tamaşada rol verilәcәk: bunların biri – Qalileyin
dostu Soqredo, digәri isә Lenin mavzoleyi önündә qarovulçu
obrazlarıdır. Kerenski obrazı ilә bağlı Viktorun sualına
Lübimovun verdiyi cavab isә hәmişәlik Samoylovun
yaddaşına hәkk olundu:
– Hazırda teatr, repertuarında bu rolda sizә ehtiyac du-
yur. Yadınızda saxlayın, bu, istehsalat zәrurәti adlanır. Әzizim,
hәlәlik siz teatr üçün işlәyin, bir gün teatr da sizә işlәyәr.

Lübimovun palatasında

Çoxlu gül-çiçәk qoyulmuş otaq sanki nurlanmış, daha
cazibәli olmuşdu. Çarpayının yanındakı dolabın üstündә
kitablar qalaqlanmışdı, elә oradaca “Knyaz İqor” operasında
istifadә olunan dekorasiyanın mini-maketi dә gözә dәyirdi.
   98   99   100   101   102   103   104   105   106   107   108