Page 108 - "Zəfər və ilğım"
P. 108
Mikoyan maşından çıxdı. İltifatla rejissora salam verib,
onun üçün ayrılmış otağa keçdi. Qonağa “xoşgәldin” elә-
dikdәn sonra Kumir sәhnә arxasına üz tutdu. Ancaq tәhlü-
kәsizlik xidmәti әmәkdaşının ona sәslәndiyini eşidib ayaq
saxladı:

– Sizi gözlәyirlәr. Anastas İvanoviçin lojasına gedin.
Sizi özü dәvәt edib.

108

V.Kondratov, A.Sternin, Y.Lübimov, N.Dupak, B.Borovski,
1988-ci il

– Onun yanında yox, arxa sırada oturun. Sizinlә danışmaq
istәsә, tәbii ki, susmaq lazım deyil. Ancaq özünüz tәşәbbüs
göstәrmәyin, ondan heç nә xahiş etmәyin. Mәktub-filan
ötürmәyә çalışmayın!

Antraktda Mikoyan çay içmәk üçün qonşu otağa keçdi.
Lübimovu da onun arxasınca göndәrdilәr. Burada bir qәdәr
söhbәtlәşdilәr. Sonralar hәmin söhbәti xatırlayanda Lübimov
gülüşünü saxlaya bilmirdi.
   103   104   105   106   107   108   109   110   111   112   113