Page 113 - "Zəfər və ilğım"
P. 113
– Demәli, belә: Mәdәniyyәt İdarәsi müdirinin otağında 113
oturmuşduq, katibәsi bizә çay vә qoğal gәtirdi. Müdir kati-
bәyә dedi ki, bütün telefonları söndürsün, heç kәsi onunla
calamasın.

– Yuri Petroviçlә söhbәtimiz var, başa düşdün?
Katibә otaqdan çıxıb, qapını arxasınca örtdü.
– Açıq danışa bilәrik? – o soruşdu.
– Әlbәttә, buyurun.
– İki saat tәkbәtәk danışacağıq, razısan?
– Razıyam, ancaq danışıqlar zamanı gәrәk heç kimdәn
asılı olmayasan.
– Açıq danışmaqdan çәkinirsәn?
– Mәgәr siz çәkinmirsiniz?
– Mәnim bütün telefonlarım söndürülüb. İlk görüşümüzü
xatırlayırsan? Onda sәnә demişdim: “Susmazdan әvvәl
danışmaq lazımdır”.
– Hә, siz Georgi İvanovdan sitat gәtirmişdiniz.
– Elәdir, elәdir… Onun özündәn. Demәli, şәrtlәşdik: iki
saat heç nәdәn qorxmaq lazım deyil. Utanma, çәkinmә.
Fikirlәrini açıq söylә.
– Mәn utanıb-elәmirәm.
– Lap yaxşı! De görüm, müdir olduğum müddәtdә sәnә
heç bir kömәyim dәymәyib? Teatrın işlәmәsi vә inkişaf
etmәsi üçün әlimizdәn gәlәni etmişik. Özü dә bu münasibәt,
sadәcә xoş niyyәtdәn doğmayıb, biz bilirik, belә bir teatra
Moskvanın ehtiyacı var. Niyә susursan? Axı biz dә sәfeh
işlәrlә mәşğul olmuruq. Nәyisә nәzәrdәn qaçırsaq, dәrimizә
saman tәpәrlәr. Utanma, de. Doğrudanmı bizim idarә teatrlara
kömәk elәyә bilmir?
– Hә.
– Sәmimi sözündür?
– Özünüz dediniz ki, sәmimi danışaq.
– Fikirlәşirsәn ki, biz heç kimә lazım deyilik? Niyә belә
fikirlәşirsәn? Sәnin teatrına inanmışam, uğur qazanmasını
istәmişәm.
   108   109   110   111   112   113   114   115   116   117   118